Məhkəmə qərarları › İş №2(011)-2991/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2991/2022

20.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2991/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Şain oğlu Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, atası, 06.03.1964-cü il təvəllüdlü X6 13.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası mərhum X8 06.03.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 13.03.2022-ci il tarixdə mərhumun vəziyyəti ağırlaşmış, gecə saat 03:00 radələrində vəfat etmişdir. X16 gəldikdən sonra həkimlər tərəfindən tibbi sənəd təqdim olunmuşdur və həmin sənədə əsasən atası 13.03.2022-ci il tarixidə Yasamal rayonunun qəbirstanlığında dəfn olunmuşdur. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün yaşadığı ərazi üzrə şəhər poliklinikasına müraciət etmiş, lakin X8 ərazi üzrə poliklinikasında qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnaməni təqdim etməmişdirlər. Daha sonra, 1 saylı Bakı "ASAN xidmət” mərkəzinə müraciət etmiş və onlardan da imtina məktubu almışdır. "Ölüm haqqında şəhadətnamə” almaq üçün məhkəməyə müraciət etməsii bildirilmişdir. Bu səbəbdən də hesab edir ki, vərəsəlik hüququnu həyata keçirmək üçün, mərhum atası X6 ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində ərizəçinin həyat yoldaşı olduğunu, qayınatası X7 13.03.2022-ci il tarixdə vəfat etdiyini və Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində ərizəçinin dostu olduğunu, onun atası X7 13.03.2022-ci il tarixdə vəfat etdiyini və Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunduğunu, özünün də dəfn mərasimində iştirak etdiyini göstərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Bakı şəhəri Təcili və X4 13.03.2022-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən göründüyü kimi, 13.03.2022-ci il tarixdə saat 04:16 radələrində X7 adına ünvan 1 ünvanına X16 stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Yasamal bələdiyyəsinin 30.03.2022-ci il tarixli arayışından göründüyü kimi, 06.03.1964-cü il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 13.03.2022-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. Bakı şəhər BSİ 4 saylı Şəhər poliklinikasının 02.04.2022-ci il tarixli arayışından göründüyü kimi, 13.03.2022-ci il tarixdə vəfat etmiş 06.03.1964-cü il təvəllüdlü X8 hər hansı xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından ölüm haqqında sənəd verilməsi mümkün olmamışdır. 1 saylı Bakı "ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 17.03.2022-ci il tarixli, 05/Q- 221/15 saylı məktubundan görünür ki, Ərizəçi atası X7 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi atası X7 13.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.03.1964-cü il təvəllüdlü X7 13.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar