Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-30/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X6 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1:
1. xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 (bir milyon doqquz yüz əlli yeddi min altı yüz on üç manat, on beş qəpik) manat;
2. xx.xx.2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 (bir milyon doqquz yüz əlli yeddi min altı yüz on üç manat, on beş qəpik) manat;
3. xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 (bir milyon doqquz yüz otuz dörd min manat, səksən altı qəpik) manat;
4. xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 (bir milyon doqquz yüz əlli dörd min altı yüz on üç manat, on beş qəpik) manat;
5. xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 (bir milyon səkksən yeddi min altmış doqquz manat, iyirmi qəpik ) manat, ümumilikdə 8.890.909,51 (səkkiz milyon səkkiz yüz doxsan min doqquz yüz doqquz manat, əlli bir qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; Tutmanın ipoteka verən: Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 13 saylı ofis); Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsinə (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsinə (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayş sahəsinə (297 saylı mağaza), 39.9 kv.m. qeyri-yaşayş sahəsinə (271 saylı mağaza); “xxxx.” MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayş sahəsinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması; Satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X6 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər 204 saylı, xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə təhvil verilmişdir. Cavabdeh1 “xxxx” ASC-nin Mərkəzi filialı ilə xx.xx.2013-cü il tarixdə bağladığı 7069 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7068 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7067 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7066 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7070 saylı kredit müqaviləsinə əsasən 1.100.000 manat məbləğində illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayş sahəsi olan (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyri-yaşayş sahəsi olan (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsi olan (6Əkorpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayş sahəsi olan (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m. qeyri-yaşayş sahəsi olan (6Ə korpusunun 13 saylı ofis) xx.xx.2013-cü il tarixli ipoteka müqavilələri, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayş sahəsi olan (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsi olan (295 saylı mağaza), 40.0 kv.m. qeyriyaşayş sahəsi olan (297 saylı mağaza), 39.9 kv.m. olan (271 saylı mağaza) xx.xx.2013-cü il tarixli ipoteka ipoteka müqavilələri və “xxxx.” MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayş sahəsi xx.xx.2013-cü il tarixli ipoteka ipoteka müqavilələri ilə yüklü edilmişdir. Kredit müqavilələrinin 2.2-ci bəndinə əsasən Bank cari xərclər üçün 5 müqavilə üzrə ümumilikdə 7.100.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) borcalan bu müqavilələrə əsasən krediti qəbul etməyi, müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytamağı öhdəsinə götürür. Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmiş və bank qarşısında ümumilikdə 5 müqavilə üzrə cəmi 8.890.909,51 manat məbləğində borcu yaranmışdır. “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəştinə dair müqaviləyə əsasən, Cavabdeh1 problemli kredit portfeli xx.xx.2016 tarixli, 229 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC tərəfindən təhvil alınmışdır. Bank tərəfindən kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icra edilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi və yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilərək yaranmış borcun tez bir zamanda ödənilməsi tələb olunmuş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Daha sonra “X6 Edilməsi Agentliyi” MMC əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək özünün əsl İddiaçı QSC ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən əsl olmayan tərəf əsl İddiaçı QSC ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və Cavabdeh1 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış ““xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, bankın problemli aktivlərinin tələb hüququ İddiaçıQSC-yə keçmişdir. İş materiallarında olan kredit müqavilələrinin surətlərindən görünür ki, “xxxx” ASC ASCnin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7068 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7067 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7066 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 7070 saylı kredit müqaviləsinə əsasən 1.100.000 manat məbləğində illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m. qeyriyaşayş sahəsi (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 11 saylı ofis) və 188.9 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 13 saylı ofis) bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsi (292 saylı mağaza), 38.9 kv.m. qeyri-yaşayş sahəsi (295 saylı mağaza), 40.0 kv.m. qeyri-yaşayş sahəsi (297 saylı mağaza) və 39.9 kv.m. qeyri-yaşayş sahəsinə (271 saylı mağaza) bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan “xxxx” ASC ilə “xxxx” MMC-arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayş sahəsi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizələrin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən ipoteka qoyanlara ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər təqdim edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlətin qeydə alınması haqqında ərizələr xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 204 saylı təhvil-təslim aktının və xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər akta əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 manat, xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 manat, ümumilikdə 8.890.909,51 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3004 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən Cavabdeh1 “xxxx” ASC-yə: 1) xx.xx.2013-cü il tarixli 7066 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 314.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 627.268,14 manat faiz borcu 2) xx.xx.2013-cü il tarixli 7067 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 111.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 314.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 627.268,14 manat faiz borcu. 3) xx.xx.2013-cü il tarixli 7068 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 87.887,71 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 290.387,71 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 603.655,85 manat faiz borcu. 4) xx.xx.2013-cü il tarixli 7069 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 108.500 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 1.500.000 manat əsas borc, 311.000 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 1.496.288 manat əsas borc, 624.268,14 manat faiz borcu. 5) xx.xx.2013-cü il tarixli 7070 saylı kredit müqaviləsi üzrə: xx.xx.2016-cı il tarixə 865.010 manat əsas borc, 24.384,16 manat faiz borcu; xx.xx.2017-ci il tarixə 865.010 manat əsas borc, 141.160,51 manat faiz borcu; xx.xx.2019-cu il tarixə 861.298 manat əsas borc, 321.693,69 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetləri olan, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis) 45.000 (qırx beş min) manat, 142.7 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 9 saylı ofis) 72.000 (yetmiş iki min) manat, 187.2 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 10 saylı ofis) 98.000 (doxsan səkkiz min) manat, 107.4 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 11 saylı ofis) 75.000 (yetmiş beş min) manat, 188.9 kv.m. qeyri-yaşayş sahəsi (6Ə korpusunun 13 saylı ofis) 130.000 (bir yüz otuz min) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsi (292 saylı mağaza) 44.000 (qırx dörd min) manat, 38.9 kv.m. qeyri-yaşayş sahəsi (295 saylı mağaza) 39.000 (otuz doqquz min) manat, 40.0 kv.m. qeyri-yaşayş sahəsi (297 saylı mağaza) 40.000 (qırx min) manat, 39.9 kv.m. qeyri-yaşayş sahəsi (271 saylı mağaza) 48.000 (qırx səkkiz min) manat; “xxxx.” MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayş sahəsi 12.500.000 (on iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə isə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 manat, xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 manat, xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 manat, ümumilikdə 8.890.909,51 manat borcunun qalması, borcun ipoteka ilə təmin olunması təsdiq olunduğundan həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tutma ipoteka predmetlərinə yönəldilərək açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixli, 9/3004 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 145 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 30 manat dövlət rüsumu cavabdeh X1 iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 145 manat Cavabdeh1 tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh1:
1. xx.xx.2013-cü il tarixli, 7066 saylı kredit küqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 (bir milyon doqquz yüz əlli yeddi min altı yüz on üç manat, on beş qəpik) manat;
2. xx.xx.2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 111.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.957.613,15 (bir milyon doqquz yüz əlli yeddi min altı yüz on üç manat, on beş qəpik) manat;
3. xx.xx.2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 87.887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.934.000,86 (bir milyon doqquz yüz otuz dörd min manat, səksən altı qəpik) manat;
4. xx.xx.2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə 1.496.288 manat əsas borc, 108.500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349.825,15 manat, cəmi 1.954.613,15 (bir milyon doqquz yüz əlli dörd min altı yüz on üç manat, on beş qəpik) manat;
5. xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861.298 manat əsas borc, 24.384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201.387,04 manat, cəmi 1.087.069,20 (bir milyon səkksən yeddi min altmış doqquz manat, iyirmi qəpik ) manat, ümumilikdə 8.890.909,51 (səkkiz milyon səkkiz yüz doxsan min doqquz yüz doqquz manat, əlli bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş: Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis) (ilkin satış qiyməti 45.000 (qırx beş min)) manat, 142.7 kv.m. qeyriyaşayş sahəsinə (6Ə korpusunun 9 saylı ofis) (ilkin satış qiyməti 72.000 (yetmiş iki min)) manat, 187.2 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 10 saylı ofis) (ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min)) manat, 107.4 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 11 saylı ofis) (ilkin satış qiyməti 75.000 (yetmiş beş min)) manat, 188.9 kv.m. qeyri-yaşayş sahəsinə (6Ə korpusunun 13 saylı ofis) (ilkin satış qiyməti 130.000 (bir yüz otuz min)) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri- yaşayş sahəsinə (292 saylı mağaza) (ilkin satış qiyməti 44.000 (qırx dörd min)) manat, 38.9 kv.m. qeyri-yaşayş sahəsinə (295 saylı mağaza) (ilkin satış qiyməti 39.000 (otuz doqquz min)) manat, 40.0 kv.m. qeyri-yaşayş sahəsinə (297 saylı mağaza) (ilkin satış qiyməti 40.000 (qırx min)) manat, 39.9 kv.m. qeyri-yaşayş sahəsinə (271 saylı mağaza) (ilkin satış qiyməti 48.000 (qırx səkkiz min)) manat; “xxxx.” MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayş sahəsinə (ilkin satış qiyməti 12.500.000 (on iki milyon beş yüz min)) yönəldilərək açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi ipoteka qoyanlara qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutulub İddiaçı QSC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sərdar Mehrəliyev