Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3025/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək əri xx.xx.1980-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə Novxanı bağları, M.İbrahimov 9 saylı ünvanda halı pisləşmişdir. Təcili və X4 Stansiaysının 16 saylı bölməsinin həkimləri gələnə kimi artıq keçinmiş və bu barədə müvafiq arayış verilmişdir. Həyat yoldaşı mövcud pandemiya səbəbindən yas mərasimi keçirilmədən dəfn edilmişdir. Baş qarışıq olduğundan vaxtında tibbi şəhadətnaməni və ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xx.xx.2020- ci il tarixli, 05/0-1528/15 saylı məktubla Məmməd Rzayevin adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X5 ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X10 ifadələrində mərhumun yaxınları olduqlarını, ərizəçinin əri xx.xx.1980-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini və özlərinin də dəfn mərasimində iştirak etdiklərini göstərdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 057553 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında nikah xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 1425 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Təcili və X1 Statistika şöbəsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi, xx.xx.2020-ci il tarixdə saat 19:08 radələrində X3 adına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 05/Q-1528/15 saylı məktubundan görünür ki, Ərizəçi əri X3 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi əri X3 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3025/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3025/2021
06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver