Məhkəmə qərarları › İş №2(011)-3032/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3032/2023

17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3032/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Ərizəçi qanuni nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1961-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin qanuni nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ərizəçi onun oğlu, mərhum X6 isə keçmiş qayınanasıdır. X6 ağır xəstəlikdən əziyyət çəkirdi. O, xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və X8 Stansiyasının məlum vərəqəsi vardır. Lakin şəxsin ölməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etsələr də, 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi sənədi verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bununla yanaşı mərhum evdə rəhmətə getdiyinə görə olum haqqında tibbi şəhadətnamənin almaq mümkün olmamışdır. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 09098383 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1961-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan, Х-ЖГ 439950 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1985-ci il tarixində anadan olmuş, atası Maqdeyev İqordur, anası isə X4. İş materiallarında olan AZ-İ 878718 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Ərizəçi xx.xx.2006-cı il tarixində anadan olmuşdur, atası Qanuni nümayəndə, anası isə X7. İş materiallarında olan BŞT və TTYS-nın 6 saylı bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında X2 meyidi aşkar edilmişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsin 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli 82 nömrəli məktubundan görünür ki, X1 ünvan 2 ünvanında qeydiyyatda olduğuna baxmayaraq 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına heç bir müraciəti olmayıb və tibbi kartoçkası da yoxdur. BŞT və TTYS-nın 6 saylı bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi xəbərdarlıq vərəqəsinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” vermək mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” X5 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən X1 ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayonu, Zığ Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 202 nömrəli arayışından görünür ki, X6 xx.xx.2022-ci il tarixində vəfat edib və D.Qorqud qəbstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında qeyd etmişdir ki, o, mərhum Svetlana Semyonovnanın yaxın rəfiqəsi olubdur. Mərhum ağır xəstəlikdən əziyyət çəkirdi. xx.xx.2022-ci il tarixində onunla əlaqə saxlayaraq özünə yaxşı hiss etmədiyini bildirmişdir. Nabatova İrina dərman alıb onun yanın getmiş, lakin orada Svetlana Semyonovnanın artıq vəfat etdiyini aşkar etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 `xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixində Bakı şəhərində anadan olmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar