Məhkəmə qərarları › İş №2(011)-3066/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3066/2025

28.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3066/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02675 nömrəli barışıq sazişi şərtlərinin aliment ödənilməsinə dair 3-cü bəndinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə 328 saylı qeydlə maraqlı şəxslə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 doğulmuşdur. Qeyd etmişdir ki, maraqlı şəxslə nikahları faktiki pozulmuşdur, maraqlı şəxslə aralarında nikahın pozulması, aliment və uşaqla ünsiyyət ilə bağlı keçirilmiş mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bildirmişdir ki, barışıq sazişi alimentə dair hissədə maraqlı şəxs tərəfindən könüllü icra edilmir. Belə ki, maraqlı şəxs öz öhdəliklərini icra etməyərək aliment ödəmir. Bu səbəbdən barışıq sazişinin aliment hissəsinin təsdiq olunmasına zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında izahatında ərizənin təmin edilməsini xahiş etdi, barışıq sazişi imzalanan zaman aliment istəmiş və vəkil tərəfindən sazişə əlavə olunmuşdur, hazırda isə ona aliment ödənilmir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, alimenti tam olaraq ödəyə bilmir, çalışdığı qədər ödəmişdir, fevral ayı 500 manat vermişdir, bundan əlavə uşaqlar üçün xırda şeylər alır və uşaqların servis haqqını ödəyir. Məhkəmədən sazişin məcburi icrasının təmin edilərək alimentin ödənilməsinin maaş kartına yönəldilməsi məqsədilə barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 8 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02675 saylı Barışıq sazişinin 2-ci maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, tərəflər razılaşır ki, bu saziş imzalandıqdan sonra birinci tərəf: Ərizəçi - ikinci tərəf həyat yoldaşı X10 ilə Azərbaycan Respublikası İmişli rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə №328 qeydi ilə bağlanan nikahın (barışıq üçün vaxt verilmədən) pozulmasına (ləğv edilmsinə) razıdır, ikinci tərəf həyat yoldaşı X10 ilə faktiki nikah münasibtlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır, ikinci tərəf həyat yoldaşı X10 ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf X4 ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 28-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus bank kartına ödəniləcəyi ilə razıdır, ikinci tərəf həyat yoldaşı X10 ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X9 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ikinci tərəf (atası) X10 ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür, bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin razılığı ilə həll olunduğunu təsdiq edir, nnikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür; İkinci tərəf: X10- birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Azərbaycan Respublikası, İmişli rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə №328 qeydi ilə bağlanan nikahın (barışıq üçün vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır, birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 onun birinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır, birinci tərəf Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 28-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu alimentin məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür, birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X9 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan birinci tərəf Ərizəçi şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin razılığı ilə həll olunduğunu təsdiq edir, nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişı imzalanmışdır. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 28-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimenti ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Şərəfxanlı X7 Mahmud Qulu oğlu arasında xx.xx.2024-cü il tarixdə 8 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Birinci tərəf: Ərizəçi bu saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı X10 ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf X4 ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 28-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus bank kartına ödəniləcəyi ilə razıdır. İkinci tərəf: X10 bu saziş imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 20-dən 28-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu alimentin məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar