Məhkəmə qərarları › İş №2(011)-3078/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3078/2024

26.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3078/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs ilə birgə nikahından anadan olmuş övladının onun yanında saxlanılması və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən (hər ayın 01-10-dək) başlayaraq hər ay 235 manat alimentin ödənilməsi barədə barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 26 mart 2021-ci tarixində cavabdeh X3 ilə el adətinə uyğun toy edərək, faktiki ailə münasibətlərinə daxil olmuş, 24 may 2021-ci il tarixində isə 2 saylı "Bakı ASAN Xidmət" Mərkəzində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 22 avqust 2022-ci il tarixində X4 anadan olmuşdur. Belə ki, cavabdehlə xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X1 ərizəçinin yanında saxlanılması və övladının yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2024-cü il tarixindən (hər ayın 01-10-nadək) başlayaraq hər ay 235 iki yüz otuz beş) manat alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin aralarında qeyd olunan məzmunda barışıq sazişi olmasına baxmayaraq, cavabdeh barışıq sazişindən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin bildirmişdir ki, Maraqlı şəxs aylıq 1500-2000 manat gəliri olur. İlk aydan ödənişi gecikdirir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini və barışıq sazişinin şərtlərini maddi imkanının olmamasını səbəbindən vaxtında icra edə bilmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, ofisiant işləyir, kreditləri olduğu üçün ödəməyə çətinlik çəkir. Pul olduqca ödəniş edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2024-cü il tarixli, MŞB/8/2024-00082 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə 2 saylı “Bakı ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 953 № qeydi ilə bağlanan nikahın pozulmasına, Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdır. Eyni zamanda Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-dək Ərizəçi 235 manat sabit pul məbləğində aliment ödəyəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində 23 yanvar 2024-cü il tarixli, MŞB/8/2024-00082 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yanında qalmasına razı olmuş, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-dək Ərizəçi 235 manat sabit pul məbləğində aliment ödəyəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində 23 yanvar 2024-cü il tarixli, MŞB/8/2024-00082 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində 23 yanvar 2024-cü il tarixli, MŞB/8/2024-00082 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 2 "İkinci tərəf" Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmasına razıdır. 3 "İkinci tərəf" Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-dək birinci tərəf: Ərizəçi (Birinci tərəfin təqdim edəcəyi bank hesabına) 235 manat sabit pul məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar