Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3082/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrisinə qarşı mənzildən çıxarılma iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh1 MMC-yə qarşı 25 iyun 2011-ci il tarixdə Cavabdeh1 MMC ilə aralarında bağlanmış 372 və 373 №li müqavilələr üzrə öhdəliyin tam icra edilməsi və müqavilələr üzrə qeyd edilən mənzillərin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilə icra olunması və müqavilə üzrə qeyd edilən mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Cavabdeh təşkilatla aralarında 25 iyun 2011-ci il tarixli 373 və 372 №li müqavilə bağlanmışdır. Bağlanmış müqavilələrdən biri oğlu X4 digər müqavilə isə öz adına bağlanmışdır. Aralarında bağlanmış 372 №li müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə ünvan 3 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbə, ümumi sahəsi 71,6 kv.m olan 2-ci blok 48№li 2 otaqdan ibarət mənzili 26.420 (iyirmi altı min dördü yüz iyirmi) manata almışdır (müqavilə və maliyyə arayışı ərizəyə əlavə olunur). Digər 373 №li müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə ünvan 3 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbə, ümumi sahəsi 96,7 kv.m olan 2-ci blok 49 №li 3 otaqdan ibarət olan mənzili 35.580 (otuz beş min beş yüz səksən) manata almışdır (müqavilə və maliyyə arayışı ərizəyə əlavə olunur). 25 iyun 2011ci il tarixdə şirkətlə aralarında bağlanmış müqavilə üzrə öhdəliyin tam icra edilməsi, müqavilə üzrə qeyd edilən mənzillərin iddiaçıya təhvil verilməsi barədə cavabdeh şirkətə dəfələrlə müraciət edilsə də, şirkət tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2006-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilin Cavabdeh3 satılmış, 2008-ci ildə mənzilin dəyəri tam olaraq ödənilmişdir. Mənzil təmir edilmiş və o, ailəsi ilə birlikdə 2012-ci ildən etibarən həmin mənzildə yaşayır. İşin halları xx.xx.2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilə imzalanmışdır. xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, in 35580 manat dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2006-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilin Cavabdeh3 satılması ilə bağlı müqavilə imzalanmışdır. xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilin 22100 manat dəyəri payçı Cavabdeh3 tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86,7 kv.m olan 49 nömrəli mənzilə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd edilən mənzil Cavabdeh3 tərəfindən təmir edilmiş və zəruri avadanlıq və mebel ilə təchiz edilmişdir. Mənzildə hal-hazırda Cavabdeh3 ailəsi ilə birlikdə yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması; 3) özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; 5) geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; 6) əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən altı şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, mübahisə edilən mənzilin iddiaçıya məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 7-ci mərtəbəsindəki 49 nömrəli mənzil ilkin olaraq, 2006-cı ildə Cavabdeh3 satılmış, cavabdeh 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödəmiş və, mənzili təmir edərək 2012-ci ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzilə dair müqavilə bağlanılan zaman mənzil artıq Cavabdeh3 satılmış, sonuncu mənzilin dəyərini ödəmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011ci il tarixli müqavilədə və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilədə mənzillərin sahəsi və binanın mərtəbələrin sayı fərqli göstərilsə də, iddiaçı tərəf mübahisəli mənzilin məhz cavabdeh X1 olan mənzil olduğu təsdiq edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh1 MMC və Cavabdeh3 qarşı İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 1 ünvanda 16 mərtəbəli yaşayış evinin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,7 kv.m olan 49 nömrəli mənzilin İddiaçı satılması ilə bağlı 373 saylı müqavilənin icra olunması və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3082/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3082/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver