Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3780/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin tam təmirli şəkildə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin tam təmirli şəkildə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-695/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********18-05101-093006 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, bina 2, 9 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "xxxx"-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 1.1 "xxxx" bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrin: 2.1.1bəndinə əsasən, yeni tikilmiş binada “Mülkiyətçi”nin mənzili təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 800 (səkkiz yüz) manat kirayə haqqını tələb etmək. 2.1.2 bəndinə əsasən, söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borclarını tam ödəmək şərti ilə müvafiq arayışları "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək; Mənzili tam boşaldılaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti ilə "xxxx" MMC-yə təhvil vermək. 2.1.3 bəndinə əsasən, müqavilədə göstərilən müddətdə "xxxx" MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzilini tələb etmək. 2.2.1. bəndinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “Mülkiyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “Mülkiyətçiyə” 300(üç yüz) manat məbləğində vəsait ödəmək. 2.2.3-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tiknti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətiyə” mənzilini tam təmir edib təhvil verilməsini öhdəsinə götürmüşdür.
3. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı, hər ay üçün 800 manat kirayə haqqı olmaqla 45 ay üçün ümumilikdə 36000 manat kirayə haqqı ödənilməmişdir.
4. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 25 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən hər ay üçün 800 manat hesablanmaqla, kirayə haqqı ümumilikdə 36000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli müqavilədə qeyd edildiyi kimi cavabdeh şirkət Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi (keçmiş Axundov küçəsi), ev 2-də yerləşən 9 saylı mənzilin istismar müddətinin başa çatması və qəzalı vəziyyətdə olması səbəbi ilə mənzilin sökülməsi və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, onun söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahəsi üzrə 135 kv.m əvəzinə, sahəsi 200 kv.m olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bildirir ki, ona məxsus mənzil qeyri-yaşayış obyekti olduğu üçün onun əvəzinə sahəsi 135 kv.m yox, 200 kv.m olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. O, müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək ona məxsus Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2-də yerləşən 9 saylı mənzili cavabdeh şirkətə təhvil vermişdir. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, yeni tikilmiş binada mənzil verilənə qədər onun və ailənin 3 otaqlı mənzildə yaşaması üçün aylıq kirayə haqqı olaraq 800 (səkkiz yüz) manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “İnşaat Konstruksiyaları" MMC (VÖEN **********) ona müəyyən aylarda ödəniş etmişdir. Hesabdan çıxarış məhkəməyə təqdim edilir. Belə ki, müqavilənin 2.2.3-cü maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18- 24 ay müddətinə başa çatdırılacağı və mülkiyyətçiyə mənzilin tam təmir edilib veriləcəyi barədə razılığa gəlinmişdir. “İnşaat Konstruksiyaları" MMC müqavilədə qeyd edilən öhdəlikləri pozaraq nə onun mülkiyyətçi olaraq kirayə haqqını vaxtında və tam şəkildə ödəmişdir, nə də ki müqavilədə nəzərdə tutulan müddətdə mənzili ona tam təmir edib, təhvil vermişdir. "xxxx" MMC onun mülkiyyətçi olaraq hüquqlarını pozmuşdur. Belə ki o, məsələ ilə bağlı “İnşaat Konstruksiyaları" MMC-yə dəfələrlə müraciət etmiş, lakin şirkət onları davamlı şəkildə bəhanələrlə yubadıb. Şirkət nə borclu olduğu kirayə haqqını ümumilikdə 57 ay üçün 45600 manatı ödəmir, nə də mənzili təhvil vermir. Müqavilədə mənzilin verilməsi üçün nəzərdə tutulan 18-24 aylıq müddət isə 2020- ci ildə bitmişdir. 4 ildən çoxdur ki, cavabdehin öz üzərinə götürdüyü müqavilə öddəhiliklərini yerinə yetirməsini gözləyirlər. Belə ki, bununla bağlı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş və İcra Hakimiyyətinin ona vermiş olduğu 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, “İnşaat Konstruksiyaları" MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli “Tikintiyə icazə sənədi və razılaşdırılmış layihə sənədləri əsasında şəhərsalma, tikinti qanunvericiliyinin, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq çoxmənzilli binaların tikinti-quraşdırma işləri davam etdirilir. Lakin müqaviləyə əsasən, 2020-ci ildə artıq mənzil ona təhvil verilməli idi. Yazıb bildirmək istəyir ki, mənzilini cavabdehə təhvil verən vaxtdan bu günə qədər 8 nəfərlik ailəsi ilə birlikdə kirayədə yaşayır. Kirayə haqqını özü ödəyir. Özü müharibə veteranıdır. "xxxx" MMC-nin qanunsuz əməlindən təkcə Xətai Rayon İcra Hakimiyyətinə deyil, Bakı Şəhər İcra Hakimiyyətinə, AR DİN-ə, Prezident Administrasiyasına, həmçinin X4 və AR FHN və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin hələ də bir nəticə əldə edə bilməmişdir. "xxxx" MMC ona 45600 manat kirayə haqqı ödəməlidir. Nizami Rayon Məhkəməsinə müraciət etməkdə məqsədi "xxxx" MMC-nin ona borclu olduğu 45600 manatın ona ödənilməsi və bağlanan müqaviləyə əsasən sahəsi 200 kv.m olan mənzilin ona tam təmirli şəkildə təhvil verilməsi ilə bağlıdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-695/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan mənzilin təmirsiz şəkildə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqının cavabdehdən tutulub iddiaçıya verilməsi, məhkəmə xərclərinə aid olan 198 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X2)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "xxxx"-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanılmaqla hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etsə də cavabdeh tərəfindən buna əməl edilməmişdir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, müqavilə şərtlərini pozmuşdur. Bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzil İddiaçı təhvil verilməlidir. Bununla yanaşı, məhkəməyə təqdim olunan bank hesabından çıxarışdan görünür ki, 2020-ci ilin iyun və noyabr ayları, 2021-ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı hər ay 800 manat kirayə haqqı olmaqla ümumilikdə 36000 manat kirayə haqqı İddiaçı ödənilməmişdir. Beləliklə, məhkəmə 15 fevral 2018-ci il tarixli müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 800 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 2020-ci ilin iyun və noyabr ayları, 2021ci ilin fevral, mart, aprel, iyun, oktyabr, noyabr və dekabr ayları, həmçinin 2022-ci ilin 12 ayı, 2023-cü ilin 12 ayı və 2024-cü ilin 12 ayı cəmi 45 ay müddətində kirayə haqqı üçün 36000 manat məbləğində pul İddiaçı ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu ,390cı, 425-ci,430-cu, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 78.1-ci, 80-ci, 119.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
b) Apellyasiya şikayətinin dəlilləri:
10. Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qiyabi qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisəli məsələ ilə məhkəmə tərəfindən işin halları ətraflı şəkildə araşdırılmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "xxxx"-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. MMC-nin İddiaçı olan kirayə ödənişi (2025-ci ilin iyul ayına qədər 40800 manat) və təmir xərclərini (50000 manat) nəzərə alaraq tərəflər arasında müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli saziş imzalanmışdır. Həmin sazişə əsasən, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2), A-9 (99.20 m2), A-10 (112.20 m2) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Əlavə 70 kv.m yaşayış sahəsinə görə hesablanılmış (169920) məbləğdən kirayə (40800 manat) və təmir xərci (50000 manat) çıxıldıqdan sonra iddiaçının MMC-yə olan borcu 79120 manat təşkil edir. Qeyd edilənlər həmin sazişdə öz əksini tapmışdır. Təssüf ki, iddiaçının məhkəməyə verdiyi yalnış məlumat əsasında məhkəmə sazişin şərtlərini araşdırmadan iddia tələbində göstərilənlərə əsasən qiyabi qətnamə qəbul etmişdir. Halbuki, həmin sazişdə 79120 manat borcu olmasına dair qeyddə öz əksini tapmışdır. Məhkəmə işə çəkişmə prinsipi əsasında cavabdeh olaraq MMC-ni məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız müqavilə əsasında qətnamə qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olaraq bildirilmişdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında bağlanan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, arada olan 70 kv.m fərq üçün - hər kv.m-ə görə 2400 manat hesablanmaqla,ümumilikdə 168000 manat təşkil edir. Hal-hazırda isə şirkətin onlara 90.800 manat (Yəni onlar məhkəməyə müraciət edənə qədər-2024-cü ilin dekabr ayına qədər 36 000 manat, 2025-ci ilin ilk 6 ayı - yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün isə 4800, ümumilikdə isə 40800 manat kirayə haqqı, 50000 manat isə təmir üçün ödənilməli olan məbləğ), onlara isə 70000 manat borcları var. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Proses iştirakçılarının izahatı:
13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, bina ümumiyyətlə tikilmədiyinə görə təhvil verə bilmirlər. Nə vaxt ki, tikinti işləri yekunlaşacaq o zaman bina təhvil veriləcək. Adətən vətəndaş analoji işlər üzrə təhvil verilməylə bağlı məhkəməyə müraciət etsə də, məhkəmənin qərarı icra məmuru tərəfindən icra edilə bilmir. Əsas müqavilədən əlavə saziş də imzalanmışdır. Sazişə əsasən iddiaçının şirkətə 79.000 manat borcu vardır. Bugünə qədər də iddiaçı sazişin şərtlərini qəbul edir.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, onlara ödənilməli olan kirayə haqqı məbləği də cavabdehə ödənilməli olduqları məbləğdən çıxılmaqla hazırda tərəflər arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi barədə sazişdə göstərilən 78160 manat məbləğində iddiaçıya borcları vardır. Həmin məbləği istənilçən vaxt ödəməyə razıdırlar lakin mənzilləri təhvil vermirlər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqı cavabdehdən tutulub iddiaçıya verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
21. Hazırki işin faktiki hallarına əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2018-cı il tarixli müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 saylı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 2 mənzil 9-da yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "xxxx"-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "xxxx"-nin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə 135 m2 əvəzinə, sahəsi 200 m2 olan mənzili "xxxx"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişin surətindən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 25 yanvar 2025-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə sazişə əsasən hesablanmış kirayə haqqı da ümumi borcdan çıxılmaqla yekun ödənilməli məbləğ 78160 manat müəyyən edilmişdir. Bu baxımdan da iddiaçı blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan mənzilin ona təhvil verilməsini xahiş edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında hüquqi nəticə etibarı ilə podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh qeyd edilən mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında cavabdehə mənzilin dəyəri olaraq razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə müəyyən edilmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
23. Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişdən görünür ki, blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanılmaqla hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə cavabdeh tərəfindən əməl edilməmişdir. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, müqavilə şərtlərini pozmuşdur.
24. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin bu hissəsini təmin edərək, yəni blok 1, mərtəbə 5, mənzil A-8 (59.00 m2 ), A-9 (99.20 m2 ), A-10 (112.20 m2 ) ümumi sahəsi 270.40 kv.m olan təmirsiz mənzili İddiaçı təhvil verilməsi qənaətinə gəlmişdir.
25. Lakin məhkəmə kollegiyası iddia tələbinin kirayə haqqının ödənilməsinə dair hissəsinin də təmin edilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, Müqavilədə dəyişikliklər edilməsi barədə 25 yanvar 2025-ci il tarixli sazişdən, o cümlədən iddiaçının mümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, tələb edilən kirayə haqqı sazişlə cavabdehin əlavə olaraq əldə etdiyi mənzil sahəsinə görə müəyyən edilmiş borcundan çıxılmaqla yekun borc məbləği müəyyən edilmişdir. Belə olan halda məhkəmə tərəfindən kirayə haqqının tutulması hissəsində iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olmamışdır.
26. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-695/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi qismən, “cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqı cavabdehdən tutulub iddiaçıya verilsin” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-695/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi qismən, “cavabdeh "xxxx" MMC-dən 36000 manat kirayə haqqı cavabdehdən tutulub iddiaçıya verilsin” hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.