Məhkəmə qərarları › İş №2(011)-3090/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3090/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3090/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı “ASAN Xidmət” X6maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi "ərizənin dəqiqləşdirilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş X2 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X10 onun atasıdır, o, xx.xx.1973-cü il tarixində Naxçıvan MR Şərur rayonunda doğulmuşdur, atası son zamanlar ürək çatışmamazlığı ilə əlaqədar xəstə olmuşdur, xx.xx.2021-ci il tarixdə atasının səhhəti qəfil pisləşdiyindən təcili yardım çağırmışlar, təcili tibbi yardım həkimləri gələnədək atası evdə ölmüşdür, atası xx.xx.2021-ci il tarixdə Zabrat qəbirstanlığında dəfn edilmişdir, bütün qohumları da atasının yas mərasimlərində iştirak etmişlər, ölüm haqqında şəhadətnaməni almaq üçün 2 saylı Bakı “ASAN Xidmət” X7 müraciət etmişdir, lakin 2 saylı Bakı “ASAN Xidmət” X3 ölüm haqqında tibbi şəhadətnamənin olmamasını əsas gətirərək bundan imtina etmiş, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 2 saylı Bakı “ASAN Xidmət” X7 məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü X23 Sabir oğlu şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun dayısıdır, onun ürək xəstəliyindən əziyyət çəkdiyini bilirmiş, xx.xx.2021-ci ildə onların, yəni anasına məxsus evdə vəfat etmişdir, öldüyü ev Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşir, öldükdən sonra onu Zabrat qəbirstanlığında dəfn etmişlər, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında Seyidova Nəzakət şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qardaşıdır, qardaşı uzunmüddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi, onların evinə qonaq kimi gəlmişdir, evləri Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşir, təxminən bir aya yaxın müddətdir ki, onlarda qalırmış, xx.xx.2021-ci il tarixdə səhər vəziyyəti anidən pisləşdi, onlar təcili tibbi yardıma zəng vurmuşlar, həmin gün vəfat etmişdir, vəfat etdikdən sonra mərhum qardaşını Zabrat qəbirstanlığında dəfn etmişlər, mərhumun dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan XX-JQ seriyalı 417358 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1996cı il tarixində, Şərur rayonu, Şaxtaxtı kəndində doğulmuşdur. Onun atası X10, anası X4r. İş materiallarında olan İ-JQ seriyalı 450525 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1973cü il tarixində, Naxçıvan MR, İliç rayonu, Şaxtaxtı kəndində doğulmuşdur. Onun atası X12, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2021-ci il tarixli, 05/198/75 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal təsərrüfatı birliyinin 87 saylı MKİS-i tərəfindən verilmiş 02 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi General Şıxlinski küçəsi 29 saylı evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal təsərrüfatı departamenti Əhaliyə vətəndaşlıq xidməti Tresti tərəfindən verilmiş 24 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası X10 xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu Zabrat 1 qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Abşeron rayon X8 və X14 Stansiyasının tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xəbərdarlıq vərəqəsindən görünür ki, həqiqətən də xx.xx.2021-ci il tarixdə, saat 11:59-da ünvan 1 ünvanına çağırış üzrə gedən həkim N.Məhərrəmova aparılan reanimasion tədbirlərə baxmayaraq xəstənin keçindiyini qeyd etmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1996-cı il təvəllüdlü ərizəçi X11 mərhum X2 qızıdır, sonuncu xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ev şəraitində vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixində Abşeron rayonunda ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixində Abşeron rayonunda ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar