Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3131/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.1950-ci il tarixdə doğulmuş əmisi X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüququi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X7 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi X2rdaşının oğludur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X1 xx.xx.2022ci il tarixli, 05/Q-476/15 saylı məktubu ilə ərizəçinin əmisinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, əmisi X7 xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qəfildən vəfat etmişdir. Onun vəfat etdiyi həmin gün Əhmədli qəbristanlıqda dəfn olunmuşdur. Əmisi ailəli olmayıb və övladı yoxdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən sənəd olmadığı üçün mərhum əmisi X7 adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçinin anasıdır. Mərhum X7 ilə bir həyətdə 40 il yaşamış, 30 il isə ona yemək aparımışdır. 21 mart 2022-ci il tarixində mərhuma yemək aparanda tərpənmədiyini görüb oğlunu çağırıb. X10 yardıma və polisə məlumat vermişdirlər. Mərhum 1975-ci ildə qəza keçirib, ondan sonra əlil olmuşdu. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır. 21 mart 2022-ci il tarixində anası çağırandan sonra gedib baxanda mərhumun nəfəs almadığını görüb Təcili Tibbi yardım çağırıblar. Əhmədli qəbirstanlığında fədn olunub. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2022-ci il tarixdə, saat 12:44 radələrində ünvan 1 ünvanında X5 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixdə verdiyi 54 saylı Arayışdan müəyyən olunur ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Əhmədli qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materiallarında olan 22 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X5 son illər ərzində sağlamlığı ilə əlaqədar hər hansı səbəb və ya xəstəliklə bağlı heç bir müraciəti olmadığı üçün və ölüm səbəbi məlum olmadığı üçün ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X1 xx.xx.2022-ci il tarixli, 05/Q-476/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X5 xx.xx.2022-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X5 21 mart 2022-ci il tarixdə ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə əmisinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 21 mart 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3131/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3131/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver