Məhkəmə qərarları › İş №2(011)-3136/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3136/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3136/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Ərizəçi anası xx.xx.1954-cü il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi anası xx.xx.1954-cü il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Ərizəçi ərizəsi geri qaytarıldığından dövlət büdcəsinə ərizə üzrə xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli xxxxxxx qeydiyyat (FİN) kodlu 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi anası xx.xx.1954-cü il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* qəbz nömrəli xxxxxxx qeydiyyat (FİN) kodlu 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar