Məhkəmə qərarları › İş №2(011)-3138/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3138/2022

13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3138/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü Əliquliyev Firdovsi iddiaçının oğludur. Oğlu Azərbaycan Respublikasının vətəndaşı olmuş, iddiaçı ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. Oğlu evdə olan zaman xx.xx.2022-ci il tarixdə saat 21:22 radələrində qəfil halı pisləşmiş, sinəsində ağrılar hiss etmiş və iddiaçı təcili yardım çağırsa da, təcili yardım həkimləri gələnədək oğlu yaşadıqları evdə vəfat etmişdir. Mərhumu xx.xx.2022-ci ildə Xətai rayonunun Əhmədli qəbristanlığında dəfn etmişlər. İddiaçının bütün qohum və qonşuları oğlunun dəfn və yas mərasimində iştirak etmiş və həmin şəxslər də oğlunun ölməsi faktını təsdiq edə bilərlər. Lakin iddiaçının oğlu öləndən sonra onların başı yas mərasiminə qarışmış və onun ölümü barədə şəhadətnamə almaq üçün vaxtında lazımı sənədləri toplayıb müvafiq orqanlara təqdim etməmişlər. Sonradan iddiaçı 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə gedərək oğlunun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istədikdə Qeydiyyat şöbəsindən oğlu X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydinin tərtib etmək qeyri-mümkün olması bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilərək, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli məktub verilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 16148831 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X11 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 136 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 4-cü rezervuar ev 28A ünvanında qeydiyyatda olmasına baxmayaraq poliklinikaya müraciət etməmiş, həkim müayinəsində, nəzarətində olmamış, sağlamlıq vəziyyəti haqqında sahə həkiminin heç bir məlumatı olmamışdır. Ölüm səbəbi bilinmədiyi üçün vətəndaş Ərizəçi oğlunun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş 01149 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 22:04-da X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 4581-05/15 saylı, xx.xx.2021-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 50 saylı arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildə vəfat etmiş və Əhmədli qəbirsitanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Qızxanım Əliyeva ifadəsində göstərmişdir ki, o, Ərizəçi gəlinidir. X2 onun həyat yoldaşı olmuşdur. X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində yaşadığı evdə qəflətən vəfat etmişdir. X1 qəbiristanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qohumudur. Mərhumun anası ilə yaxın qohum münasibətləri olmuşdur. Mərhum xx.xx.2022-ci il traixdə Bakı şəhərində vəfat etmişdir. X1 qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi oğlu xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 26 iyun 1979-cu il təvəllüdlü X3 27 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar