Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3152/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı xxxxnın nümayəndəsi X1 iştirakı ilə xxxxnın Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ASC "xxxx" Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, 91.47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilə tutma yönəldilməsini və xx.xx.2018-ci il tarixli **********69618 №-li Kredit müqaviləsi üzrə onun iddiaçı ASC "xxxx" Bankı qarşısında 61 000 (altmış bir min) manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 16 029,33 (on altı min iyirmi doqquz manat 33 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 960,94 (on min doqquz yüz altmış manat 94 qəpik) manat məbləğində penya, cəmi 87 990,27 (səksən yeddi min doqquz yüz doxsan manat 27 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, 91.47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 145000 manat məbləğində təyin edilməsi və açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh1, onun ailə üzvü Cavabdeh2 və digər şəxslər müvafiq yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər müvafiq yaşayış sahəsində məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, 91.47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilə tutma yönəldilməsini və xx.xx.2018-ci il tarixli **********69618 №-li Kredit müqaviləsi üzrə onun iddiaçı ASC "xxxx" Bankı qarşısında 61 000 (altmış bir min) manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 16 029,33 (on altı min iyirmi doqquz manat 33 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 960,94 (on min doqquz yüz altmış manat 94 qəpik) manat məbləğində penya, cəmi 87 990,27 (səksən yeddi min doqquz yüz doxsan manat 27 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin azalması barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, 91.47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilə tutma yönəldilməsi və xx.xx.2018-ci il tarixli **********69618 №-li Kredit müqaviləsi üzrə onun iddiaçı ASC "xxxx" Bankı qarşısında 53 600 (əlli üç min altı yüz) manat məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 14 880,50 (on dörd min səkkiz yüz səksən manat 50 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 12 002,72 (on iki min iki manat 72 qəpik) manat məbləğində penya, cəmi 80 483,22 (səksən min dörd yüz səksən üç manat 22 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.F.Bədirxanov iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********69618 №-li kredit müqaviləsinə əsasən, sonucuya 48 ay müddətində illik 18 faiz ödənilməsi şərtilə 100000 manat məbləğində kredit verilmişdir, xx.xx.2020-ci il tarixli 1 №-li əlavə ilə sazişlə kreditin müddəti 77 ay müəyyən olunmuşdur, həmçinin bu dəyişiklər nəzərə alınmaqla Cavabdeh1 məxsus ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, 91.47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzil ipotekaya qoyulması barədə xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı İpoteka müqaviləsi bağlanmışdır, qeyd edilən mənzil üzrə ipoteka hüququnun qeydiyyata alınmasına dair iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, cavabdeh aylıq ödənişləri anunuitet cədvəlinə uyğun olaraq ödənilməsini öhdəsinə götürmüşdür, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir, xx.xx.2022-ci il tarixli ərizənin məhkəməyə təqdim edilməsindən sonra ötən müddət ərzində Borc alan müxtəlif tarixlərdə ödənişlərin həyata keçirmişdir, sonuncu dəfə xx.xx.2022-ci il, bu səbəbdən iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir, hazırda iddiaçı iddia tələblərini müdafiə edir. Sonda N.F.Bədirxanov iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən kredit alana illik 18 %-lə 48 ay müddətinə 100.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində xx.xx.2018-ci il tarixli **********69618/SİM saylı Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak təşkil edir. İş materillarında olan xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsinə 1№-li Əlavənin surətindən görünür ki, kreditin məbləği 100000 manat, faiz dərəcəsi 18%, müddəti 18 ay, verilmə tarixi xx.xx.2018-dir. İş materiallarından görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında xx.xx.2018ci il tarixli **********69618/SİM saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla İpoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli **********69618 №-li kredit müqaviləsinən irəli gələn pul tələbləridir. Həmin Müqavilənin 2.1.1-ci maddəsinə əsasən kreditin məbləği 100000 manat, faizi illik 18%, müddəti 48 aydır. İş materiallarından görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında 03 aprel 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li sonrakı İpoteka müqaviləsinə 01 №-li Əlavə sazişdən görünür ki, kreditin ayrılma müddəti 29 ay artırılaraq 77 aya çatdırılması razılaşdırılmışdır, əsas borcun qalığının 63193 manat təşkil etməsi təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsinə xx.xx.2020-ci il tarixli yeni redaksiyada Əlavə 1 surətindən görünür ki, kreditin ilkin məbləği 100000 manat, kreditin qalıq məbləği 63193 manat, faiz dərəcəsi 18 faiz, ümumi müddəti 77 aydır. İş materiallarından görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında 03 aprel 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li sonrakı İpoteka müqaviləsinə 01 №-li Əlavə sazişdən görünür ki, kreditin ayrılma müddəti 77 ay, kredit üzrə 1604,69 manat təşkil edən aylıq annuitet ödəniş məbləği ssuda hesabı üzrə borcun yarandığı gündən etibarən hə ayın sonuncu günədək ödənilməli olması barədə razılığa gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, hüququ yüklü edilən şəxs Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9a, mənzil 34 "xxxx" ASC Mərkəzi filialının xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 2171 nömrəli reyestr kitabının 201168 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hesabdan Çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə borc alan Cavabdeh1 27 avqust 2021-ci il tarixə Banka olan borcu vaxtı keçmiş borc 61000 manat, faiz dərəcəsi 8953,33 manat, cərimə faizləri üzrə borc 5064,27 manat, cəmi 75017,60 manatdır. İş materiallarında olan Hesabdan Çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə borc alan Cavabdeh1 19 aprel 2022-ci il tarixə Banka olan borcu vaxtı keçmiş borc 61000 manat, faiz dərəcəsi 16029,33 manat, cərimə faizləri üzrə borc 10960,94 manat, cəmi 87990,27 manatdır. İş materiallarında olan Hesabdan Çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə borc alan Cavabdeh1 31 avqust 2022-ci il tarixə Banka olan borcu vaxtı keçmiş borc 53600 manat, faiz dərəcəsi 14880,50 manat, cərimə faizləri üzrə borc 12002,73 manat, cəmi 80483,22 manatdır. İş materiallarında olan 227 №-li Bildirişdən görünür ki, Cavabdeh1 borcunu ödəməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılmasını tələb etmişdir, Cavabdeh1 bildirişi xx.xx.2021-ci il tarixdə almışdır. İş materiallarında olan 51 saylı xx.xx.2021-ci il tarixli Ərizənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, İpoteka qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 9a saylı evin 34 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 51 saylı elektron müraciətə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 9a saylı evin 34 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3462 saylı ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsinin və xx.xx.2020-ci il tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 63193 manat, faiz borcu 14155,02 manat olmaqla, ümumilikdə 77348,02 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 9a saylı evin 34 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 155.499 manat, likvid dəyəri təqribən 146.352 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 350 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" Bankı ASC Mərkəzi filialı ilə Cavabdeh1 arasında 48 ay müddətinə illik 18 faiz olmaqla 100.000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsi bağlanmışdır, həmin müqaviləyə 03 aprel 2020-ci il tarixli 01 №-li Əlavə saziş ilə dəyişiklik edilmiş, kreditin ayrılma müddətinin 29 ay artırılaraq 77 aya çatdırılması razılaşdırılmışdır, həmçinin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx.xx.2018-ci il tarixli **********69618/SİM №-li ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 9a mənzil 34 "xxxx" Bankı ASC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 146000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh X3 ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 9a, mənzil 34 yaşayır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində (xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə) göstərilən məbləğ nəzərə alınmaqla müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsi üzrə əsas borc məbləği 53600 manat həddində müəyyən edilməlidir. Məhkəmə, xx.xx.2018-ci il tarixli **********69618 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən isə xx.xx.2022-ci il tarixli 9/3462 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 14155,02 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 2000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borc üzrə 53600 manat, faiz borcu üzrə 14155,02 manat və cərimə borcu üzrə 2000 manat olmaqla, cəmi 69755,02 manat məbləğində borc "xxxx" Bank ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 9a, 34 saylı mənzilin qiyməti 146000 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin "xxxx" Bank ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, mənzil satıldıqdan 1 ay sonra cavabdehlər mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri kimi 200 manat və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdehdən alınaraq müvafiq olaraq Hüquq Əmlak Məsələləri Ekspertizasına və Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2018-ci il tarixli **********69618 saylı Kredit Müqaviləsinə əsasən, əsas borc üzrə 53600 manat, faiz borcu üzrə 14155,02 manat və cərimə borcu üzrə 2000 manat olmaqla, cəmi 69755 (altmış doqquz min yeddi yüz əlli beş) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı xxxxna ödənilsin. Tutma, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 91,47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın və borc ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 91,47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına xxxxna ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 91,47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilin dəyəri 146.000 (yüz qırx altı min) manat müəyyən edilsin. Tələb, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 91,47 kv.m ümumi sahədən ibarət 34 nömrəli mənzilə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************), məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3152/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3152/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver