Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3172/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-3172/2022 Bakı şəhəri Xətai Rayon Məhkəməsi Qərardad (Ərizənin geri qaytarılması haqqında) 18 aprel 2022-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi qeydiyyat ünvanı ünvan 1rtəbə 15, mənzil 113 olsa da, ərizəçi qanunun tələblərinə riayət etməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edirəm ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aidiyyət qaydalarına ərizəçi tərəfindən düzgün riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. MPM-nin 152-ci maddəsinə əsasən hakim iddia ərizəsinin qaytarılması barədə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151, 153, 355-23.2-ci maddələrinə əsasən Q ə r a r a a l d ı m: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlahə Abbasova İş № 2(011)-3172/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri 18 aprel 2022-ci il tarixdə saat 16:00-da nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:10-da başa çatdı. Protokol 18 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: İ.Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3172/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3172/2022
18.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver