Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3190/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə) “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddiasına dair mülki işi nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Onun vəkili və nemayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. İddiaçı tərəfindən “Birbank” ödəniş tətbiqi vasitəsilə ödənilmiş (qəbz: **********6) 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, mütəxəssis rəyinin tərtib edilməsinə görə 400 (dörd yüz) manat məhkəmə xərci İddiaçı tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən “Birbank” ödəniş tətbiqi vasitəsilə ödənilmiş (qəbz: **********6) 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Mütəxəssis rəyinin tərtib edilməsinə görə 400 (dörd yüz) manat məhkəmə xərci İddiaçı tutularaq "xxxx" MMC-nə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3190/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3190/2025
18.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver