Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3258/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X1 atasıdır. Şəfəq Xəlilova xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.
2. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Maqsudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışa əsasən Şəfəq Xəlilova xx.xx.2024-cü il tarixdə uzun xəstəlikdən sonra evində vəfat etmişdir.
3. Ərizəçi qızının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 38 nömrəli Poliklinikasının xx.xx.2024-cü il tarixli, 58 nömrəli arayışı ilə ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma) verilməsindən imtina edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/7-89-75/24 saylı məktubu ilə ərizəçinin qızının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2024-cü tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum qızı xx.xx.1993-cü il təvəllüdlü X2 11 01.2024-cü il tarixdə qızılca xəstəliyindən qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhum qızının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır, Şəfəq uzun müddət xəstə olmuşdur. Son günlərdə isə epidemiya ilə əlaqədar qızdırması var idi. xx.xx.2024-cü il tarixdə qızılca xəstəliyindən vəfat etdi. Tərtərdə dəfn olunub.
10. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçinin atası ilə birlikdə işləyib, yas mərasimində o da iştirak edib. Yas mərasiminə gedəndə məlumatı var idi ki, Ərizəçi övladının yas mərasiminə gedir və mərhum bir müddət xəstə olmuşdur.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. İş materialları ilə müəyyən olunur ki, ərizəçi qızının ölümü haqqında şəhadətnamənin alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsinin xx.xx.2024-ci il tarixli, 3-16-5/7-89-75/24 saylı məktubu ilə ölüm haqqında şəhadətnamənin verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən imtina edilmişdir.
17. Bu səbədən ərizəçi qızının ölüm faktının qeydə alınmasına dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
18. Ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında da X1 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
20. Beəliklə, Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixində Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı