Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3259/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul tələbi”-nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi üzrə 1450,15 ABŞ dolları əsas borc, 256,71 ABŞ dolları faiz borc, 1262,16 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 218,80 ABŞ dolları, cəmi 3187,82 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 11.06.2015-ci il tarixli 267 saylı kredit müqaviləsi üzrə 1014,92 ABŞ dolları əsas, 763,13 ABŞ dolları faiz, 874,02 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 153,16 ABŞ dolları məbləğində məbləğində faiz (5%) borcu, cəmi 2805,23 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Nissan Teana” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.K.Əliyev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 11.06.2015-ci il tarixli 267 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 22%-lə 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Nissan Teana” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş 11.06.2015-ci il tarixli 267 saylı ipoteka müqaviləsi bağlanmışdır, Cavabdeh1 ilə "xxxx" ASC arasında 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 22%-lə 24 ay müddətinə 4150 ABŞ dolları məbləğində kredit verilmişdir, borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 268 və 268/1 saylı zaminlik müqaviləsi bağlanmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir, bu səbəbdən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə yönəldilməli, əmlak hərracda satılmalı borc satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi X.K.Əliyev deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi üzrə kredit borcu həddindən artıq şişirdilmiş, həm əsas borc, həm faiz borcu, həm cərimə borcu, həm də gecikdirilmiş vaxta görə borc artıq hesablanmışdır, həmçinin dolların məzənnəsinin dəyişməsini və onun ödənişləri nəzərə alınmamışdır, onunla "xxxx" ASC arasında bağlanmış kredit razılaşmaları üzrə tərəfindən banka ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmiş, müqavilənin təminatı kimi onun Cavabdeh3 8 min manata aldığı “Nissan Teana” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilini predmet kimi banka təqdim etmişdir, tələb olunan məbləğ şişirdildiyi üçün tutulmanın həmin avtomobilə yönəldilməsi əsassızdır. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zaminlik müqaviləsi imzalamışdır, lakin həmin müqavilə üzrə zaminliyə öhdəliyin icrası müddəti bitdiyindən xitam verilməlidir, iddiaçının qanunvericiliyə görə öhdəliyin icrası müddətindən 2 ilədək tələb irəli sürmədiyi üçün iddia müddəti keçmişdir və bu əsasla iddia tələbi rədd edilməlidir. Sonda Cavabdeh2 deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC–nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2015-ci il tarixli, 267 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, borcverən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borcalana 2000 ABŞ dolları məbləğində krediti illik 22% dərəcəsi ilə 24 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 11.06.2015-ci il tarixli, 267 saylı ipoteka müqaviləsindən görünür ki, 11.06.2015-ci il tarixli, 267 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər “Nissan Teana” markalı Ban: J31301012 avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 11.06.2015-ci il tarixli, UGR**********780001 saylı kredit müqaviləsi üzrə 09.06.2020-ci il tarixinə əsas borc 1014,92 ABŞ dolları, faiz borcu 763,13 ABŞ dolları, 874,02 ABŞ dolları cərimə borcu, 153,16 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 2805,23 dolları kredit borcu vardır. İş materiallarında olan "xxxx" ASC–nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, borcverən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borcalana 4150 ABŞ dolları məbləğində krediti illik 22 % dərəcəsi ilə 24 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 11.06.2015-ci il tarixli, 268 saylı zaminlik müqaviləsindən görünür ki, 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, Zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.06.2015-ci il tarixli, 268/1 saylı zaminlik müqaviləsindən görünür ki, 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər "xxxx" ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 11.06.2015-ci il tarixli, UGR**********780002 saylı kredit müqaviləsi üzrə 09.06.2020-ci il tarixinə əsas borc 1450,15 ABŞ dolları, faiz borcu 256,71 ABŞ dolları, 1262,16 ABŞ dolları cərimə borcu, 218,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 3187,82 dolları kredit borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanan 02.07.2020-ci il tarixli, **********395 saylı məktubdan görünür ki, bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1 ünvanlanan 18.06.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə 3 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı və tutmanın ipoteka predmetinə yönələcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh1 ünvanlanan 30.06.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə 3 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı və tutmanın ipoteka predmetinə yönələcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan AC 505133 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Teana” minik markalı ** ZF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanan Cavabdeh1 14.04.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh2 2(011)-3259/2021 saylı mülki iş üzrə məsuliyyətindən imtina edilməsini təsdiq edir, bütün prosessual hərəkətlər və ödəmələri müqaviləyə əsasən, öz üzərinə götürür, gələcəkdə Cavabdeh2 qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli, 9/2584 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, maliyyə arayışı məlumatları, 11 iyun 2015-ci il tarixli, 267 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 11 iyun 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və 9 iyun 2020-ci il tarixə (maliyyə arayşında tələb olunan tarixə) Zaminbank ASC-yə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 11 iyun 2017-ci il tarixə əsas borc üzrə - 1014,92 ABŞ dolları, faiz borcu üzrə - 763,13 ABŞ dolları, 09 iyun 2020-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixdən illik 5% dərəcəsi ilə hesablanmaqla) -əsas borc üzrə - 1014,92 ABŞ dolları, faiz borcu üzrə - 916,29 ABŞ dolları, 11 iyun 2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, 11 iyun 2015-ci il tarixli, 268 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 11 iyun 2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və 9 iyun 2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) Zaminbank ASC-yə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən 11 iyun 2017-ci il tarixə əsas borc üzrə 1450,15ABŞ dollar, faiz borcu üzrə 256,71 ABŞ dolları, 09.06.2020-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixdən illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 1450,15 ABŞ dollar, faiz borcu üzrə 475,51 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında 11 iyun 2015-ci il tarixli, 267 saylı və 11 iyun 2015-ci il tarixli, 268 saylı kredit müqavilələri üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Həmin rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 08.07.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında 11.06.2015-ci il tarixdə 267 və 268 saylı kredit müqavilələri bağlanmışdır, 267 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır, kredit və zaminlik müqavilələrinin müddəti 11.06.2017-ci ilə qədərdir, kredit müqaviləsinin təminatı olaraq **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı minik avtomobili "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, 268 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 4150 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh hər iki müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin 268 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır. Bununla belə, Cavabdeh1 müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə hesablanmış əsas, faiz borcları, həmin rəyin nəticə hissəsində göstərilən məbləğə uyğun olaraq müəyyən edir ki, bu məbləğ də iddia tələbi üzrə əsas və faiz borcları barədə məbləğə uyğundur. Məhkəmə, yuxarıda adı çəkilən 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 300 manat, 11.06.2015ci il tarixli 267 saylı kredit müqaviləsi üzrə 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti 11.06.2017ci ilə qədər olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, zaminliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi üzrə 1450,15 ABŞ dolları əsas borc, 256,71 ABŞ dolları faiz borc, 300 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 218,80 ABŞ dolları faiz borcu, cəmi 2125,60 ABŞ dolları, 11.06.2015-ci il tarixli 267 saylı kredit müqaviləsi üzrə 1014,92 ABŞ dolları əsas, 763,13 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 153,16 ABŞ dolları məbləğində faiz borcu, cəmi 2131,21 ABŞ dolları məbləğində kredit borcu ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətində olan “Nissan Teana” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı minik avtomobili açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitdən Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu silinməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və ekspertizanın dəyərini təşkil edən 100 manat Cavabdeh1 aid edilməli, ondan 30 manat alınaraq iddiaçıya, 100 manat isə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 11.06.2015-ci il tarixli, 268 saylı kredit müqaviləsi üzrə 1450,15 ABŞ dolları əsas borc, 256,71 ABŞ dolları faiz borc, 300 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 218,80 ABŞ dolları faiz borcu, cəmi 2125,60 ABŞ dolları alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 11.06.2015-ci il tarixli 267 saylı kredit müqaviləsi üzrə 1014,92 ABŞ dolları əsas, 763,13 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 153,16 ABŞ dolları faiz borcu, cəmi 2131,21 ABŞ dolları məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat pul alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh1 mülkiyyətində olan “Nissan Teana” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı minik avtomobili açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitdən Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu silinsin, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Cavabdeh1 alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3259/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3259/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver