Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3265/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili və nümayəndəsi X2 iştirakı ilə Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etdiyi anası xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində ölüməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1967-ci il təvəllüdlü anası X8 xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Anası dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X9 Stansiyasını çağırmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişdir. Lakin Təcili və X9 Stansiyası gəldikdə ərizəçinin ansı artıq dünyasını dəyişmişdir. Buna görə də Təcili və X9 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlı vərəqəsi verilmişdir. Ərizəçi qeyd edir ki, mərhum anasl yaxın qohumların iştirakı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Ərizəçi mərhumun dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmişdir. İlk öncə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığortası üzrə X13 Ərazi üzrə X3 Bakı şəhər Bakı Baş Səhiyyə X15 şəxs 38 nömrəli Şəhər Poliklinikası həmin sənədin verilməsindən imtina etmişdir. Bundan sonra ərizəçi xx.xx.1967-ci il təvəllüdlü anası X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “ASAN Xidmət” X7 müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də məhkəmədən anası X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi və onun nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun\ nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 18675627 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1967-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 116010 nömrəli “Doğum haqqında şahədətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur, anası X8, atası isə X4. İş materiallarında olan Təcili və X9 Stansiyası 7 saylı bölməsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 05:00-da ünvan 1 ünvanında X5 məxsus qadın meyidi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 170 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbəsinin İ.Musayev küçəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası İcbari Tibbi Sığortası üzrə X13 Ərazi üzrə X3 Bakı şəhər Bakı Baş Səhiyyə X15 şəxs 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 283 nömrəli məktubundan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1967-ci il təvəllüdlü X5 ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X6 xx.xx.2022-ci il tarixli, 05/Q-589/15 nömrəli məktubundan görünür ki, X1 ölümünün şöbə tərəfindən qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin anası ilə uşaqlıqdan dostluq edib və ərizəçini 35 ildir ki tanıyır. Mərhumun yüksək təzyiqi olurdu, lakin o, həkimlərə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə isə evində qəflətən rəhmətə getdi. O, Əhmədlidə yerləşən qəbiristanlıqda dəfn edilib. X10 göstərdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. O, mərhumun vəfat etdiyi ilə bağlı xx.xx.2022-ci il tarixdə məlumat almışdır. Belə ki, polislər səhər saat 5-6 arası bizim qapımızı döyüb bildirdilər ki, ərizəçinin anası vəfat edib. Mərhum yüksək təzyiqdən şikayət edirdi. Ölüm səbəbini bilmir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə xx.xx.1967-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə sonuncuların ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3265/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3265/2022
10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver