Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3325/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il tarixdə doğulmuş əri X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, əri X4 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfat etdiyi gün xx.xx.2025-ci il tarixdə Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən Şüvəlan qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün əri X4 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum əri X4 adına ölüm haqqında şəhadətnamə verilmədi. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, ərhum həyat yoldaşı 28 fevral tarixində vəfat etmişdir. Xəstəliyi olmamış, övladları əməliyyat olunduğu üçün stresdən vəfat etmişdir. Şüvəlan qəbristanlığında dəfn edilib. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən 3-16-5/8-15-R-15-390 saylı, xx.xx.2025ci il tarixli məktubdan görünür ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi 29 sentyabr 2001-ci ildə 949 nömrə ilə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. Təcili və X2 Stansiyası tərəfindən verilən xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həkimə qədər ölüm baş vermiş, kişi cinsli meyit aşkarlanmışdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Bakı Baş Səhiyyə X5 Şəxs 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli 42 saylı məlumatdan görünür ki, tərəflərindən X3 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci tarixli 61 nömrəli arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixində vəfat gedib, elə həmin gündə xx.xx.2025-ci il tarixində Şüvəlan qəbiristanlığında yaxın qohumlarının ətrafında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, mərhum atasıdır, 28 fevralda vəfat edib, işə hazırlanarkən qəflətən ürəyi tutub, ürək masajı ediblər, 3 dəfə nəfəs alıb vermişdir, lakin təcili yardım gəldikdə bildirmişdir ki, son nəfəsi olmuşdur. Şüvəlanda məscidin yaxınlığında dəfn edilib. Dəfn günü yas mərasimi ilə əlaqədar evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qubat qızı izahatında bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur, onun övladı əməliyyat keçirtdiyindən bununla bağlı stres yaşamışdır, başqa bir xəstəliyi olmamışdır. Yas mərasimində indiyədək iştirak etməkdə davam edir. Şüvəlanda qəbristanlıqda dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-3325/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3325/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver