Məhkəmə qərarları › İş №2(011)-3326/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3326/2025

05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3326/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 10 oktyabr 1997-ci il tarixdə X3 ilə Tərtər rayonunda 20 saylı akta əsasən nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladı vardır. Yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkirdi. 10 yanvar 2025-ci il tarixdə dünyasını dəyişmişdir. Müəyyən səbəblərdən bugünkü günə qədər ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ev şəraitində vəfat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. X1 ölüm haqqında şəhadətnaməsinin alınması bugünkü gündə və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək probelmlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən də ərizəçi tərəfindən 05 mart 2024-cü il tarixdə ərinin ölümünün qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə 06 mart 2025-ci il tarixli, 3-16-5/8-15/603/2024 saylı məktubla cavab verilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməyi üçün xahişinin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizəçi göstərilənləri nəzərə alaraq, anası 31 mart 1968-ci il tarixdə Tərtər rayonu Xoruzlu kəndində anadan olmuş X1 10 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rəhim İsmayılov 31 mart 1968-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 253113 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında 10 oktyabr 1997-ci il tarixdə nikah bağlanmış və 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 06 mart 2025ci il tarixli, 3-16-5/7-15-603/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli Təcili və X2 Stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 10 yanvar 2025-ci il tarixdə X3 üçün çağırış edilmiş, eyni gün saat 10:00-da də Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan 48b ünvanında kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 31 mart 1968-ci il təvəllüdlü X1 10 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31 mart 1968-ci il təvəllüdlü X1 10 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar