Məhkəmə qərarları › İş №2(011)-333/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-333/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-333/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı - Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44 641,14 (qırx dörd min altı yüz qırx bir manat on dörd qəpik) manat əsas, 1150,82 (bir min yüz əlli manat səksən iki qəpik) manat faiz, cəmi 45 791,96 (qırx beş min yeddi yüz doxsan bir manat doxsan altı qəpik) manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, Sərhədçi 2015 MTK, yaşayış kompleksi, giriş 99, M.11, m5 mənzilinin ilkin satış qiyməti müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, Sərhədçi 2015 MTK, yaşayış kompleksi, giriş 99, M.11, m5 mənzilinə yönəldilsin, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, Sərhədçi 2015 MTK, yaşayış kompleksi, giriş 99, M.11, m5 mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, beləliklə işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X1 vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə (qəbzin nömrəsi- 671104786, transaksiya nömrəsi **********71,) ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar