Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3346/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi,Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023 cü il tarixli MŞB/8/2023/-00937 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin etirazının dəlilləri Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023 cü il tarixli MŞB/8/2023/-00937 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Tərəflər 07 oktyabr 2015-ci il tarixində 5 saylı Bakı «ASAN XİDMƏT» Mərkəzi Qeydiyyat şöbəsində qeydə atamış 948 №-li nikah akt qeydinin pozulması hissəsində birinci tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər; - İkinci tərəf birgə nikahdan anadan olan övladlarının mənafeyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 (AA4215920 Fin kod: 8BANZDE) və xx.xx.2019-cu il təvəllüdlü X1 (AZ-1V № 322995) yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır. - Birgə nikahdan doğulan övladları xx.xx.2016-cı il təvəllüdlü X4 (AA4215920 Fin kod: 8BANZDE) və xx.xx.2019-cu il təvəllüdlü X3 (AZ-1V № 322995) ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralarında istənilən gün ananın iştirakı ilə təşkil edilməsi barədə razılığa gəldilər. - Aliment məbləği 220 manat olmaqla stabil olaraq har bir uşaq üçün uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür. - Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. - Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023 cü il tarixli MŞB/8/2023/-00937 saylı Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı Maraqlı şəxs ooğlu Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023 cü il tarixli MŞB/8/2023/-00937 saylı Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tərəflər 07 oktyabr 2015-ci il tarixində 5 saylı Bakı «ASAN XİDMƏT» Mərkəzi Qeydiyyat şöbəsində qeydə atamış 948 №-li nikah akt qeydinin pozulması hissəsində birinci tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər; - İkinci tərəf birgə nikahdan anadan olan övladlarının mənafeyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 (AA4215920 Fin kod: 8BANZDE) və xx.xx.2019-cu il təvəllüdlü X1 (AZ-1V № 322995) yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır. - Birgə nikahdan doğulan övladları xx.xx.2016-cı il təvəllüdlü X4 (AA4215920 Fin kod: 8BANZDE) və xx.xx.2019-cu il təvəllüdlü X3 (AZ-1V № 322995) ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralarında istənilən gün ananın iştirakı ilə təşkil edilməsi barədə razılığa gəldilər. - Aliment məbləği 220 manat olmaqla stabil olaraq har bir uşaq üçün uşaqlar yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür. - Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. - Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3346/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3346/2024
11.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver