Məhkəmə qərarları › İş №2(011)-3379/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3379/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3379/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum anası xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmışdır. Təcili və X2 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsinin aparılmış müalicə tədbirləri hissəsində həkimə qədər ölüm deyə qeyd edilmişdir. Anası xx.xx.2024-cü il tarixdə Bakı şəhərindəə vəfat etmiş və həmin tarixdə balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhum anasının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq atası vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ərizəçi göstərilənləri nəzərə alaraq, anası xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı 6 saylı Bakı “ASAN xidmət№ mərkəzinə təqdim edilməsi zərurəti ilə əlaqədar olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli 60 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4.8-ci maddəsinə əsasən tərəflərindən X3 ölüm haqqında şəhadətnamə verilə bilmir. İş materiallarında olan Təcili və X2 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 20 fevral 2024-cü il tarixdə X5 üçün çağırış edilmiş, həmin gün saat 14:10-da Zığ yolu 42, 32 saylı mənzildə qadın cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası isə X4r. İş materiallarında olan AZE seriyalı, 16556974 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 17 fevral 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23 fevral 2024-cü il tarixli, 3-16-5/8-2xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda oğlu Ərizəçi maddi vəsaiti hesabına dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 17 fevral 1962-ci il təvəllüdlü X1 20 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17 fevral 1962-ci il təvəllüdlü X1 20 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar