Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-338/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı – cavabdehin xx.xx.2021-ci il tarixə kredit üzrə borcu cəmi 8562,19 ABŞ dolları təşkil edir. Bundan 7496,90 ABŞ dolları əsas borc, 222,25 ABŞ dolları faiz, 7,92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 835,12 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********5505, rəngi göy) ** RM *** və “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********3722, rəngi ağ) ** RL *** dövlət qeydiyyat nişanlı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kilayet etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1044/A nömrəli kredit müqaviləsinə əsasən “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********5505, rəngi göy) və “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********3722, rəngi ağ) avtobuslarının alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********5505, rəngi göy) ** RM *** və “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********3722, rəngi ağ) ** RL *** dövlət qeydiyyat nişanlı avtobusların ipotekaya qoyulması məqsədilə xx.xx.2016-cı il tarixli. 1044/AG və 1044/AG/1 saylı ipoteka müqavilələri bağlanmışdır. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh arasında №1044/AG1 saylı, xx.xx.2016-cı il tarixli bank hesabı və kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 17 faiz hesablanmaqla 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə LPO "xxxx" ASC arasında xx.xx.2016cı il tarixli №1044/AG saylı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən ipoteka müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixli №1044/AG1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********5505, rəngi göy) ** RM *** və “Mercedes BenzC 457” (Buraxılış ili-2005, Ban- **********3722, rəngi ağ) ** RL *** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə pretenziya məktubları göndərmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 7496,90 ABŞ dolları məbləğində əsas borcu, 222,25 ABŞ dolları məbləğində faiz borcu, 7,92 ABŞ dolları məbləğində cərimə və illik 5% üçün hesablanan 835,12 ABŞ dolları faiz borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın “kredit borcunun ipoteka predmeti olan avtobuslara yönəldilməsi və s.” tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, “Mercedes BenzC 457” markalı ** RM *** və “Mercedes BenzC 457” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtobusların Cavabdeh məxsus olması iş materialları ilə müəyyən edilmədiyindən, ipoteka predmeti ilə bağlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 7496,90 (yeddi min dörd yüz doxsan altı dollar doxsan sent) ABŞ dolları məbləğində əsas borc, 222,25 (iki yüz iyirmi iki dollar iyirmi beş sent) ABŞ dolları məbləğində faiz, 7,92 (yeddi dollar doxsan iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 835,12 (səkkiz yüz otuz beş dollar on iki sent) ABŞ dolları məbləğində illik 5% olmaqla hesablanmış əldən çıxmış faydaya görə pul vəsaiti olmaqla, cəmi 8562,19 ABŞ dolları (səkkiz min beş yüz altmış iki dollar on doqquz sent) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq LPO "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-338/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-338/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver