Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3384/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X6 xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Ərizəçi Sumayə Məmmədovanın oğludur.
2. Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində xx.xx.2021-ci il tarixdə, saat 22:37 radələrində ünvan 1 ünvanında X3 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
3. Həmçinin, Sumayə Məmmədovanın xx.xx.2021-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn olunması barədə Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2022-cü il tarixdə 174 saylı Arayış verilmişdir.
4. Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçi anası X3 xx.xx.2021-ci il tarixdə ölümünə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, X7 onun oğludur. X7 13 may 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu 20A (qaraciyər çatışmamazlığından) rəhmətə getmişdir. X1 qəbirsanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı olaraq Bakı şəhəri Nizami Rayon (şəhər) qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Nizami Rayon (şəhər) qeydiyyat şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
10. Maraqlı şəxs 6 saylı “ASAN xidmət” X11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, Sumayə Məmmədova onun anasıdır. Anası uzun müddətdir, 20-25 il idi ki, bağırsaq xərçəngi xəstəsi idi. Bu müddət ərzində dəfələrlə bağırsaq əməliyyatı keçirmişdir. xx.xx.2021-ci il tarixdə həmin xəstəlikdən vəfat etdi və həmin ayın 30-da da Dədə Qorqud qəbiristanlığında dəfn olundu.
12. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, mərhum Sumayə Məmmədovanın qonşusu olmuşdur. Sumayə Məmmədova uzun müddət idi xəstə idi. Son üç ay xəstəxanada yatdı. xx.xx.2021-ci il tarixdə rəhmətə getdi. xx.xx.2021-ci il tarixdə Dədə Qorqud qəbiristanlığında dəfn edildi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
16. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
18. Belə ki, ərizəçinin anası X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 22:37 radələrində ünvan 2 ünvanında X3 meyidi (həkimə qədər ölüm) müəyyən edilmişdir.
19. AR ƏN 6 saylı Bakı “Asan xidmət” X2 xx.xx.2022-ci tarixli, 05/Q-578/14 nömrəli, habelə xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-M-714/2023 nömrəli arayışları ilə Sumayə Məmmədovanın ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.
20. Həmçinin, “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” PHŞ 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubu ilə Sumayə Məmmədovya ölüm haqqında sənədin (forma 106) verilə bilməməsi göstərilmişdir.
21. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, Sumayə Məmmədova xx.xx.2021ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur.
22. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
23. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş X3 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı