Məhkəmə qərarları › İş №2(011)-3390/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3390/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3390/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 ölüm faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixli məktubu ilə X3 ölümünün qeydə alınmasına dair ərizəçinin müraciəti təmin edilməmişdir. Buna səbəb olaraq ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi, AR Səhiyyə Nazriliyi tərəfindən EHİS vasitəsilə AR ƏN informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərizəçinin bacısının ölümünə dair məlumatların aşkar edilməməsi olmuşdur. Ölümün dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Ərizəçi bildirmək istəyir ki, bacısı X1 olarkən, yəni heç bir yaşı olmamış, 40 il bundan öncə dünyasını dəyişmişdir. Hər iki valideyninin rəhmətə getməsi səbəbi ilə bacısının harada dəfn olunması barədə məlumatları yoxdur. Bildirmək istəyir ki, bacısı körpə vaxtı dünyasını dəyişdiyindən bu barədə, həmçinin dəfn olunması yeri barədə onun və qardaşının məlumatı olmamışdır. Onlar yalnız qardaşlarının dünyasını dəyişdikdən sonra vərəsəlik işinin açılması zamanı bu barədə qeydiyyat şöbəsi tərəfindən məlumat verildikdən sonra xəbər tutmuşlar. Qeydiyyat şöbəsi tərəfindən bacılarının da vərəsəliyə cəlb olunmalı olduğunu bildirdikdən sonra, qohumlardan əldə olunmuş məlumata əsasən bəlli olmuşdur ki, bacıları körpə vaxtı dünyasını dəyişmişdir. Bildirmək istəyir ki, bu faktı ancaq qohumları təsdiq edə bilərlər. Həmçinin bacısının adı yalnız doğumun qeydə alınması səbəbi ilə sistemdə görünür. Lakin onun adına, nə şəxsiyyət vəsiqəsinin və nə də ki şəxsiyyəti təsdiq edəcək digər sənədləri alınmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Daha sonra Ərizəçi ərizə təqdim edərək, bacısı X3 08 yanvar 1982-ci il tarixdə vəfat etməsinə dair hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı oğludur. X5 1981-ci il tarixdə anadan olandan sonra bir müddət yaşamış, 5-6 ay sonra isə xəstəlikdən vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun rəhmətlik rəfiqəsinin oğludur. Ərizəçinin anası həmişə deyirdi ki, bir qız övladı olub, lakin o 5-6 aylıq körpəliyində xəstəlikdən vəfat edib. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o ərizəçinin valideynləri ilə qonşu olublar. O bilir ki, ərizəçinin anasının 80-ci iilərdə bir qız övladı dünyaya gəlib, lakin o 5-6 ay körpəikən ölüb. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşıdır. O həmişə bilmişdir ki, onun Natavan adında bacıları dünyaya gəlmişdir. Lakin, Natavan körpəikən 5-6 aylıq olanda xəstəlikdən dünyasını dəyişmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ölümə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan 6 saylı bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 3- 16-5/7-69-175/2025 saylı arayışından görünür ki , X5 07 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 08 sentyabr 1981-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi 2335 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X4r. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi bacısı X3 5 aylıq körpəikən xx.xx.1982-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X3 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X3 xx.xx.1982-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar