Məhkəmə qərarları › İş №2(011)-3394/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3394/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3394/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X6 1939-cü ildə anadan olmuş və 2024-cü ilin dekabr ayının 17-də vəfat etmişdir. X2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşamışdır. Lakin noyabr 2-də sağlamlığındakı kəskin pisləşmə ilə əlaqədar ərizəçi onu öz evinə gətirmişdir. 2024-cü ilin dekabr ayının 2-də Milli Onkologiya Mərkəzində ona qalxan bənzər bağırsağın xərçəngi (İV mərhələ) diaqnozu qoyulmuşdur. Bundan sonrakı vəziyyəti getdikcə daha da ağırlaşmış və tibbi yardıma müraciət etmişlər. Son dəfə xx.xx.2024-cü il tarixində təcili tibbi yardım çağırmışlar, təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. 5 il öncəyə qədər ailələri Məhəmməd Hadi küçəsi, ev 7, mənzil 19 ünvanında yaşamış və orada qeydiyyatda olmuşlar və bununla əlaqədar bütün tibb kartları 7 saylı şəhər poliklinikasında olmuşdur. Lakin həmin ünvanda olan mənzili satmalarına və qeydiyyat ünvanlarını dəyişmələrinə baxmayaraq 7 saylı poliklinikada xəstə kimi nəzarətdə olmuşlar. Lakin son illər ərzində mərhum heç bir xəstəliklə əlaqədar bu poliklinikaya müraciət etməmişdir. Buna görə də 7 saylı poliklinika rəhbərliyi TƏBİB-in göstərişini əsas tutaraq, yəni son 3 ayda poliklinikaya müraciət etmədiyinə görə ərizəçiyə ölüm faktını təsdiqləyən sənədin verilməsindən imtina etmişdir. Mərrhum, X3 Əhmədli qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşının dostudur. Dostunun atasının yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşının dostudur. Dostunun atasının dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ambulator kartdan arayışın surətindən görünür ki, X5 qalxan çənbər bağırsağın bədxassəli yenitörəməsi (İV mərhələ) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən X7 verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində vəfat etmiş atası X1 qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 56 saylı arayışın surətindən görünür ki, X6 həqiqətən H.Zərdabi küçəsi, 73 saylı evin 20 nömrəli mənzilində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X19 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X19 7 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 hər hansı xəstəliklə 7 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında sənəd verilməsi mümkün deyil. İş materialarında olan Təcili və X14 Stansiyasının xx.xx.2024-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 09:00-da ünvan 3 ünvanında kişi cinsinə məxsus meyit aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, XX.XX.1939-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. XX.XX.1939-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar