Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3395/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.166,43 manat əsas borc və 1.245,88 manat faiz borcu olmaqla, cəmi 5.412,31 manat və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-zinət əşyası (750 əyarlı qolbaq 3 ədəd, boyunbağı 1 ədəd, 583 əyarlı boyunbağı 1 ədəd, 2 ədəd üzük, boyunbağı 1 ədəd) yönəldilməsi, qızılzinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 4.780 manat məbləğində kredit verilmişdir. 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli girov müqaviləsinə əsasən 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 8 ədəd qızıl-zinət əşyası (750 əyarlı qolbaq 3 ədəd, boyunbağı 1 ədəd, 583 əyarlı boyunbağı 1 ədəd, 2 ədəd üzük, boyunbağı 1 ədəd) saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 25 fevral 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrfə 4.166,43 manat əsas borc, 1.245,88 manat faiz borcu olmaqla, cəmi 5.412,31 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında pandemiya ilə əlaqədar vəziyyətinin ağırlaşdığını, ona görə də pulu ödəyə bilmədiyini, qeyd olunan borcu birdəfəlik ödəyə bilməyəcəyini, hissə-hissə ödəmək istədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 4.780 manat məbləğində kredit verilmişdir. 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli girov müqaviləsinə əsasən 10 oktyabr 2019-cu il tarixli, 106805-501874/2 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh məxsus 8 ədəd qızıl-zinət əşyası (750 əyarlı qolbaq 3 ədəd, boyunbağı 1 ədəd, 583 əyarlı boyunbağı 1 ədəd, 2 ədəd üzük, boyunbağı 1 ədəd) saxlanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 25 fevral 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrfə 4.166,43 manat əsas borc, 1.245,88 manat faiz borcu olmaqla, cəmi 5.412,31 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə Cavabdeh tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 4.166,43 manat əsas borc və 1.245,88 manat faiz borcu olmaqla, cəmi 5.412,31 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, tutma bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızılzinət əşyasına (750 əyarlı qolbaq 3 ədəd, boyunbağı 1 ədəd, 583 əyarlı boyunbağı 1 ədəd, 2 ədəd üzük, boyunbağı 1 ədəd) yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin borcu ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4.166,43 (dörd min yüz altmış altı manat qırx üç qəpik) manat əsas borc, 1.245,88 (min iki yüz qırx beş manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 5.412,31 (beş min dörd yüz on iki manat otuz bir qəpik) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb girov predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-zinət əşyasına (3 ədəd 750 əyarlı qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd 583 əyarlı boyunbağı, 2 ədəd üzük, 1 ədəd boyunbağı) yönəldilsin, qızıl-zinət əşyaları açıq hərracda satılsın. Girov predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3395/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3395/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver