Məhkəmə qərarları › İş №2(011)-3397/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3397/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3397/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X1 övladıdır. Gülnar Ramazanova xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

2. Bakı şəhəri Təcili və X4 Stansiyası PHŞ-nin 2 saylı Yardımçı stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsində yerləşən X1 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

3. Ərizəçi atasının ölümü haqqında şəhadətnamə almaq üçün AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 7 nömrəli şəhər Poliklinikasına müraciət etsə də, ölüm haqqında şəhadətnamənin, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-cü il tarixli, 3-16- 5/8-xx-xx/2025 saylı məktubu ilə ərizəçinin anasının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri

4. Ərizəçi xx.xx.1961-ci il təvəllüdlü anası X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, 01,08.1961-ci il təvəllüdlü mərhum X3 pensiya sənədlərini Asan Xidmətə təqdim etmək üçün 03 yanvar 2025-ci il tarixdə Mərkəzi Bulvar küçəsində dayanacaqda vəfat etmişdir. Mərhumənin ölüm yerinə TTTY mərkəzinin 2 saylı həkim bölməsi ilkin müayinə edərək ölümü təsdiq edilməsinə dair ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Hadisə yerinə Bakı şəhər, Xətai rayon Polis idarəsinin 37 saylı Polis Bölməsində qeydiyatdan keçmişdir. Mərhumənin ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciətimə xx.xx.2025-ci il tarixlə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidməti” mərkəzi Qeydiyyat məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçinin dostudur, xx.xx.2025-ci il tarixdə ərizəçinin anası vəfat edib. Dəfn olunması üçün Oğuza aparıblar.

10. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi onun dostudur. Ayın 3-də ərizəçinin anası vəfat etdi, Oğuzda dəfn olunub, Bakıda isə yas mərasimlləri keçirilib. Sağlam biri idi, sadəcə son zamanlarda müayinələrə gedirdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2025-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2025-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar