Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3399/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1912-ci il təvəllüdlü X5 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizəsini dəqiqləşdirərək məhkəmədən X5 xx.xx.2000-ci il tarixdə Şəki şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum nənəsi xx.xx.1912-ci il təvəllüdlü X13 xx.xx.2000-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilmədi. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Mərhum Mahmudova (İbadova) Balaş İbad qızının Əhmədiyə Mahmudovla nikahı xx.xx.1934-cü il tarixində Ağdaş Rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların xx.xx.1951-ci il təvəllüdlü övladı Yaşar Mahmudov və xx.xx.1955-ci il təvəllüdlü övladı Rasim Mahmudov olmuşdur. Ərizəçi xx xxx 1984-cü il tarixində anadan olmuşdur, onun atası X4, anası isə X2r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında xx.xx.1981-ci il tarixində 1742 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.1984ci il tarixdə anadan olmuşdur. 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli rəsmi imtinasına əsasən, xx.xx.1912-ci il təvəllüdlü X7 məxsus ölüm haqqında tibbi şəhadətnamənin təqdim edə bilməməklərinin səbəbi xx.xx.2000-ci il tarixdə vəfat etməsi barədə ölüm haqqında tibbi arayışının alınmamasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-M- 15-109 saylı məktubundan görünür ki, X13 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbir şəkillərindən görünür ki, X13 25 fevral 2000-ci il tarixində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında qeyd etmişdir ki, Ərizəçi əmisi oğludur. Mərhum nənəsi olub. Rəhmətə gedəndə əsgərlikdə olub. O orada olanda ona xəbər gəlib ki nənəsi dünyasını dəyişib. Əsgərlikdə 1999-2001-ci illərdə olub. Nənəsi isə 2000-ci ildə Şəkidə rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında qeyd etmişdir ki, Ərizəçi əmisi oğludur. Atasının adı Yaşardır. Mərhum nənəsi olub. Yaşlı qadın idi, çox yaşlaşmışdı, yatağa düşmüşdü, yaddaşın falanda itirmişdi. Əvvəl Bakıda yaşayırdı, sonradan Şəkiyə aparıblar öz yanlarına. Orada da rəhmətə getmişdi. Onun atası və anası ilə yaşayırdı. Həkim qeydiyyatında falan olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında qeyd etmişdir ki, Ərizəçi oğludur. Mərhum onun qaynanası olub. Əvvəllər birlikdə yaşayıblar. Sonradan mərhum yaşlaşandan sonra qaynı aparıb öz yanına Şəkiyə. Özündə deyildi, yaddaşı getmişdi. Bir gün qaynı zəng etmişdir ki, qaynanası rəhmətə gedib. Onlarda hazırlaşıb gediblər Şəkiyə. Onlar gələndən sonra dəfn baş verib. Fevral ayı idi, qar yağırdı. 2000-ci il idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2000-ci il tarixində Şəki şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2000-ci il tarixində Şəki şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.2000-ci il tarixində Şəki şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3399/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3399/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver