Məhkəmə qərarları › İş №2(011)-3425/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3425/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3425/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi Nazhmetdinova Reginanın iştirakı ilə, Ərizəçi Nazhmetdinova Reginanın maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X12rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi Nazhmetdinova Reginanın maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X12rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İşin iddia ərizəsində göstərilən faktiki hallarına görə, ərizəçinin qızı X13 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur və zob xəstəliyindən müalicə olunurdu. xx.xx.2022-ci il tarixdə X13 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Həmin an növbətçi həkim çağırılmış, lakin həkim gələnə qədər X13 artıq keçinmiş, növbətçi həkim isə bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Ərizəçi həmin arayışı yaşadığı ərazi üzrə 6 saylı Bakı “Asan Xidmət” X16 ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızını ala bilməmişdir. Mərhum X2 rayon qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü qızı X7 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi Nazhmetdinova Regina izahat verərək bildirdi ki, qızı X13 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. O bildirmişdir ki, mərhum hamamdan çıxdıqdan sonra ona səslənmiş, cavab gəlmədiyi üçün narahat olub yanında gedəndə qızının vəfat etdiyini görmüşdür. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X11 izahat verərək bildirdi ki, mərhumla onlar qonşudurlar. O qeyd etmişdir ki, ilk öncə səs-küy eşitmiş, daha sonra X7 öldüyü məlum olmuşdur. X17 mərhum ölən gün orada olduğunu və onun divanın üstündə öldüyünü bildirmişdir. O həmçinin qeyd etmişdir ki, mərhumu görüb qorxduğu üçün yanına getməyib, dəfndə iştirak etməmiş, lakin mərhumun qırxında iştirak etmişdir. X5 izahat verərək bildirdi ki, o mərhumun nənəsidir. Onlar bir yerdə yaşayır. O, mərhumu səsləyərək çağırmış, lakin cavab gəlmədiyinə görə anasına xəbər vermişdir. Həmçinin şahid dəfndə iştirak etdiyini qeyd etmişdir. X3 izahat verərək bildirdi ki, o mərhumu ölü vəziyyətdə görməmiş, Göytəpə kəndində dəfndə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 7 saylı böməsinin xx.xx.2022-ci il tarixli № 63 saylı sorğuya (ərizəyə) cavabında qeyd edilir ki, xx.xx.2022-ci il 13:11-də 7 saylı bölmə ünvanına X13 adına çağrış daxil olmuş, “həkimə qədər ölüm, qadın cinsli meyid” diaqnozu qoyulmuşdur; - Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X8 icratında olan 365-C-22 nömrəli material əsasında çıxarılmış xx.xx.2022-ci il tarixli qərara görə X7 ölməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir; - 6 saylı Bakı “Asan Xidmət” X15 tərəfindən ərizəçiyə verilmiş №3-16-5/7-15-784/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən X13 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir; - Azərbaycan Respublikası Cəlilabad Rayonu Göytəpə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Göytəpə şəhər qəbristanlığında dəfn olunmuşdur; Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu : 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X7 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi Nazhmetdinova X1 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X7 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.8-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə məhkəmə qaydasında həll edilir. 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X7 xx.xx.2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.2007-ci ildə Cəlilabad rayonunda anadan olmuş X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar