Məhkəmə qərarları › İş №2(011)-3463/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3463/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3463/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X3maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1953-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum əri X10 xx.xx.1953-cü ildə anadan olmuşdur. X10 xx.xx.2024-cü il tarixində qəflətən vəfat etmişdir, vəfatından sonra dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin sənədi ala bilməmişdi. Faktiki olaraq X6 vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm haqqında şəhadətnamənin alınması üçün ölüm faktının təsdiq edilməsi mühümdür. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X4 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi X5 onun xalasıdır. X1 onun xalasının əridir. X1 xx.xx.2025-ci il tarixində gecə qəfildən vəfat etmişdir, xx.xx.2025-ci il tarixində Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur, Süleymanov Cavid özü də dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında X15 şahid qismində iştirak edərək bildirdi ki, X1 və Ərizəçi onun qohumlarıdır. Vəfatı elə yaşadığı evdə olub, bu barədə axşam saat 20:00 kimi məlumat alıb, mərhumun vəfat etdiyi evə gələndə artıq saat 23:00 idi, Yasamal rayonundakı Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 16086577 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1953-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan 455447 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 ərizəçi X2 əridir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 3-16/5/8-15-286/2025 saylı məktubundan görünür ki, X6 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin (forma 106) olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 6 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Neapol 7d m9 ünvanında qeydiyyatsız yaşayan X1nun 6 nömrəli Şəhər Poliklinikasına müraciəti olmadığına görə ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X18 “Respublika Təcili və X8 Mərkəzi” X18 xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X10 xx.xx.2025-ci il saat 21:10-da “Respublika Təcili və X8 Mərkəzi” X17n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından X10 (72 yaş) adına çağırışa gələn TTY əməkdaşları tərəfindən X6 “həkimə qədər ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2025-ci il tarixində Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2953-cü il təvəllüdlü vətəndaş X10 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmiş, Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi X5 mərhumun arvadıdır, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1953-cü il təvəllüdlü vətəndaş X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü vətəndaş X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar