Məhkəmə qərarları › İş №2(011)-3470/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3470/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3470/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 13.07.2016-cı ii tarixli kredit müqaviləsi üzrə banka 155.637.81 manat əsas, 11.247,47 manat faiz, 23.567,81 manat cərimə borcu olmaqla, cəmi 190.452,89 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan həmin mənzilə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların oradan çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 13.07.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 29.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.C.Hacıyev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 13.07.2016-cı ii tarixli kredit müqaviləsi üzrə banka 25.637,61 manat əsas, 12.468,56 manat faiz, 27.007,13 manat cərimə borcu olmaqla, cəmi 65.113,3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan həmin mənzilə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların oradan çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 13.07.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, 13.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB-nin “1 saylı” filialında 120 ay müddətinə 200.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır, 13.07.2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 60 ay müddətinə 200.000 manat məbləğində kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 miilkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzili 13.07.2016-cı il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır, müqavilədə ödənişin aparılması, ona dair faizlərin tutulması barədə şərtlər göstərilmiş və ödəmələrin aparılmasını tənzilmələyən bəndlər əlavədə nəzərdə tutulmuşdur, lakin Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla da onun 13.07.2016-cı ii tarixli kredit müqaviləsi üzrə banka 25.637,61 manat əsas, 12.468,56 manat faiz, 27.007,13 manat cərimə borcu olmaqla, cəmi 65.113,3 manat borcu yaranmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir, ərizə bu orqanda qeydə alınmışdır, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra O.K.Məhərrəmov izahatında qeyd etdi ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Həmçinin O.K.Məhərrəmov ekspert rəyinə münasibətdə bildirmişdir ki, ekspertin əsas və faiz borc məbləği barədə gəldiyi nəticə ilə razılaşmır, rəy üzrə düzgün hesablaşma aparmamışdır, ekspert rəyi əsasında müəyyən edilən borc məbləği deyil, iddia tələbində göstərilən borc məbləğini müdafiə edir, belə ki, 13.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikdirmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyğun olaraq əlavə faiz və cərimələr hesablanmışdır, bu səbəbdən cavabdehin banka etdiyi ödənişlərdən gecikmiş faiz və cərimə məbləğlərinə də silinmələr aparılmışdır, lakin ekspert öz rəyində qeyd edilənləri nəzərə almamış, cərimə borcuna aparılmış silinmələri hesablamamışdır ki, bu da hazırda əsas və faiz borcunun az hesablanmasına gətirib çıxarır, göründüyü kimi ekspert rəy verərkən və hesablama apararkən cərimə borcuna silinmələri nəzərə almamışdır ki, bu da həmin rəyin doğruluğunu şübhə altına alır. Sonda iddiaçının nümayəndəsi O.K.Məhərrəmov deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onalar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Nikoyl” İKB-nin “1 saylı” filialı ilə Cavabdeh1 arasında 13.07.2016-cı il tarixli 1-KTKDX-1-0-76-16 saylı Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarından görünür ki, Nikoyl” İKB-nin “1 saylı” filialı ilə Cavabdeh1 arasında 13.07.2016-cı il tarixli 1-KTKDX-1-0-76-16 (Ə1) saylı Əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana illik 6%-lə 60 ay müddətinə (24 ay güzəşt müddəti olmaqla) 200000 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan "xxxx" İKB-nin “1 saylı” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13.07.2016-cı il tarixli Sonrakı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2016-cı il tarixli 1-KTKDX-1-0-76-16 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 12.01.2021-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan 13.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 25.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1-KTKDX-1-0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği 25637.61 manat, faiz üzrə borc məbləği 12468.56 manat, cərimə borcu 27007.13 manat, cəmi borc məbləği 65113.3 manat təşkil edir. İş materiallarında olan 13.07.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC tərəfindən 200000 məbləğində pul vəsaiti Cavabdeh1 ödənilmişdir. İş materiallarından görünür ki, 11.02.2021-ci il tarixdə ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidməq haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1131 saylı reyestr kitabının 102453 nömrəli vərəqəsində qeydiyyata alınmışdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanlanan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 16.02.2021-ci il tarixli ərizədən görünür ki, ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsindən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almaları xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh2 ünvanlanan 02.02.2021-ci il tarixli, PAİOHTD-1109 saylı bildirişdən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilinə dair ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli, 9/4829 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 1-KTKDX-1-0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" İKB ASC-yə 30.07.2021-ci il tarixə olan borcu əsas borc üzrə 14.221,93 manat, faiz borcu üzrə 139,85 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 05 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilin hazırkı bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 399600,0 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmasını nəzərdə tutan 1-KTKDX-1-0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit xətti müqaviləsi bağlanmış, kredit limiti ayrılmış, 13.07.2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lə 60 ay müddətinə 200.000 manat məbləğində kredit götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 399600 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh1 kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas və faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehdən tutulmalı olan borcun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyəyə uyğun olaraq, əsas borc üzrə 14.221,93 manat, faiz borcu üzrə 139,85 manat müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 700 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" İKB-nin “1 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 1-KTKDX-1-0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit müqaviləsi əsasında cavabdehdən 14221,93 manat əsas borc, 139,85 manat faiz borcu, 700 manat məbləğində dəbbə pulu, cəmi 15061,78 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı məbləğində pul İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilin qiyməti 399600 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin "xxxx" İKB ASCyə olan borcu silinməli, Cavabdeh2 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat Cavabdeh1 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat, məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada 150 manat alınaraq dövlət büdcəsinə, 200 manat isə alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1-KTKDX-1-0-76-16 saylı 13.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 14.221,93 manat, faiz borcu kimi 139,85 manat, cərimə borcu kimi 700 manat, cəmi 15061 (on beş min altmış bir) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi kimi 10 (on) manat və xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, 66”A” nömrəli mənzilin dəyəri 399600 manat müəyyən edilsin. Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən, 4 otaqlı, 266.4 kv.m ümumi, 153.5 kv.m yaşayış, 112.9 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 66”A” nömrəli mənzilinə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilsin, o, həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq Banka təhvil verilsin. Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 13.07.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizalarının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************), qiymətləndirməyə dair ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ013501**********1944 (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar