Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3483/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 31 dekabr 1990-cu il təvəllüdlü X1 18 fevral 1991-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı X8 xx.xx.1990-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. 31 dekabr 1990-cu il təvəllüdlü övladı xx.xx.2023-cü il tarixli 5 saylı arayışa əsasən TƏBİB X15 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasına “X10 infeksiyası” diaqnozu ilə müalicə almış və xəstə evə buraxılmışdır. Övladı xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Bu barədə arayış tərtib olunmuşdur. Qızı xx.xx.1990-cu il təvəllüdlü X8 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və tərəfindən Zəngilan şəhərində dəfn edilmişdir. Zəngilan şəhərində dəfn edilməsinə dair aidiyyəti icra nümayəndəliyinə şifahi müraciət etsə də, həmin qəbirstanlığın hal-hazırda olmaması səbəbindən dəfn edilməsinə dair arayış əldə edə bilməyib. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etmişdir. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu verdilər. X1 ölüm faktını və Zəngilan şəhərində dəfn edilməsi faktını təsdiqləyən şahidlər var. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi bölmələrini İdarəetmə birliyi” X16 “X15” X16 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1991-ci il tarixində N.Nərimanov adına 1 nömrəli Uşaq yoluxucu xəstəliklər xəstəxanasına “X10 İnfeksiyası” diaqnozu ilə müraciət edilib və xəstə evə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliuyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 6 nömrəli poliklinikası tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1990-ci il təvəllüdlü X8 adlı şəxsin Xətai rayon 6 saylı şəhər poliklinikasına xəstəliklə bağlı heç bir müraciəti olmayıb və dispanser qeydiyyatda deyil. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3- 16-5/8-15-A-350-15 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısının həyat yoldaşıdır. X3 xəstələnmişdir və xəstəxanaya aparıldıqdan sonra xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. O, Bakı şəhərində vəfat etmişdir, daha sonra Zəngilan şəhərinə aparılaraq orada dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. X8 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, Zəngilan şəhər qəbiristanlığında dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. X8 xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Daha sonra xx.xx.1991-ci il tarixdə rəhmətə getmişdir və Zəngilan şəhər qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi qızı xx.xx.1990-ci il təvəllüdlü X7 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1990-ci il təvəllüdlü X4 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 31 dekabr 1990-ci il təvəllüdlü X4 18 fevral 1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3483/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3483/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver