Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3501/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ünvan 1ənzilində qeydiyyatdadır. Mərhum həyat yoldaşı X6 ilə ailə həyatı qurduqdan sonra ünvan 1ənzilində yaşayırmışlar. Mərhum həyat yoldaşı ürək xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2022-ci ildə yaşadıqları ünvan 1ənzil ünvanında vəfat etmişdir. İddiaçı növbətçi həkimi çağırmış və həkim gələnə kimi, mərhum həyat yoldaşı yaşadıqları mənzildə keçinmişdir. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayışı qeydiyyatda olduğu Bakı Şəhər Maraqlı şəxsndə ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin iddiaçıya ölüm kağızı verməkdən imtina etmişlər. Mərhum həyat yoldaşı X6 xx.xx.2022-ci ildə vəfat etmiş və Qax rayonunda Ləkit kənd qəbrsanlığında dəfn olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və 1543-05/13 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Ərizəçi “ölümün qeyd edilmə faktı” tələbinə dair mülki işə iştirakı olmadan baxılsın. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 13909368 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Qax rayonu, Ləkit kəndində anadan olmuşdur. İş materiallarında olan “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X12 38 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 131 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 ünvan 2ənzil ünvanında qeydiyyatda olmuş, vətəndaş xx.xx.1963-cü il təvəllüdlü X4 ölüm haqqənda sənəd (forma 106) verilə bilmir. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 stansiyasının 7 saylı yardımçı stansiyası tərəfindən verilmiş 29 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 01:30-da X3 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-1331/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Qax rayonu, İHB-nın, Ləkit kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 163 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmiş və Qax rayonu Ləkit kənd qəbirsitanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qızıdır. X1 onun həyat yoldaşı olmuşdur. X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində yaşadığı evdə qəflətən vəfat etmişdir. X2 rayonu, Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 03 oktyabr 1963-cü il təvəllüdlü X3 30 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3501/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3501/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver