Məhkəmə qərarları › İş №2(011)-3537/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3537/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3537/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.1963-cü il təvəllüdlü həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü mərhum həyat yoldaşı X1 rayonu, Qarakollu kəndində anadan olmuşdur. O, xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda qəfildən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Pirşağı qəsəbə 2 saylı sovxoz qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərizə üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum həyat yoldaşı X3 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuşdur (AZE 15511560 nömrəli Şəxsiyyət vəsiqəsi). Bakı şəhəri X5 7 saylı yardımçı stansiya tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2020ci il tarixdə saat 18:56-da X3 meyidi aşkar edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, ünvan 3 ünvanında yaşamış X4 ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 942-05/15 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Pirşağı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 131 nömrəli arayışına əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, mərhum Pirşağı qəsəbə 2 saylı sovxoz qəbiristanlığında dəfn olunmuşdur. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Ərizəçi ilə X2 nikahının bağlanması barədə xx.xx.1982-ci il tarixdə 5276 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin oğludur, vəfat edən onun anasıdır. xx.xx.1963-cü il təvəllüdlü anası X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, ərizəçinin izahatı və işin digər materialları ilə X3 xx.xx.2020-ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş X3 xx xxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar