Məhkəmə qərarları › İş №2(011)-3583/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3583/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3583/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinun Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Rusiya Federasiyası Arxangelsk X2 Ərazi şöbəsində akt qeyd kitabında 26 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahdan iki övladları – xx.xx.2007-ci il təvəllədlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.

2. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanmış, tərəflərin nikahın pozulmasına əlavə vaxt verilmədən razı olduları, birgə nikahlarından doğulmuş uşaqların cavabdehin yanında saxlanılması və uşaqların yetkinilik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının hər uşağa görə hər ay 1000 manat olmaqla, cəmi 2000 manat aliment ödənilməsi, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə razılığa gəlmişlər.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3128/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin maraqlı şəxsə qarşı “nikahın pozulması” tələbi barədə iddiası təmin edilərk tərəflər arasında xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası Arxangelsk X2 Ərazi şöbəsində 26 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulmuşdur.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

4. Ərizəçi Bakı şəhəri 16 saylı Mediasiya təşkilatının iştirakı ilə bağlanılan xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00234 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdır ki, aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, tərəflərin nikahın pozulmasına əlavə vaxt verilmədən razı olduları, birgə nikahlarından doğulmuş uşaqların cavabdehin yanında saxlanılması və uşaqların yetkinilik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının hər uşağa görə hər ay 1000 manat olmaqla, cəmi 2000 manat aliment ödənilməsi, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə razılığa gəlmişlər.

b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:

6. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

9. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

10. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

16. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

17. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

19. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.

21. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.

22. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

23. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinə əsasən tərəflər aralarında nikahın pozulması, birgə nikahdan doğulan uşaqların ərizəçinin himayəsində saxlanılması, uşaqların saxlanılması üçün maraqlı şəxsdən hər ay cəmi 2000 manat məbləğində alimentin tutulması, maraqlı şəxsin uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və digər məsələlər üzrə razılığa gəlmişlər.

24. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

25. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci bəndi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Birinci tərəf: Hüseynov X7 imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə Rusiya Federasiyası Arxangelsk X1 Ərazi Şöbəsində xx.xx.2004-cü il tarixində № 26 qeydi ilə bağlanan nikahın (barışmağa vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf:Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları 31,03.2002-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 İkinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmasına razıdır.

3. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf - Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01,03.2024-cü il tarixndən hər uşağa görə 1000 (bir min) AZN olmaqla İkinci tərəf: Ərizəçi hər ay ümumlikdə 2000 (iki min) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin İkincin tərəfin ona təqdim edəcəyi bank (kartı) hesabına ödəniləcəyi öhdəlik götürür.

4. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 ilə 01,03.2024-cü il tarixdən etibarən (uşaqların mənafei nəzərə alınaraq) vaxt məhdudiyyəti qoyulmadan (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına İkinci tərəf: Ərizəçi ona şərait yaradacaqına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

5. Birinci tərəf: Hüseynov X7 imzalandıqdan sonra ikinci tərəf: Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri (Birinci tərəfin adına olan) ipoteka ilə yüklü edilmiş (Çıxarış, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2021-ci il) Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 87,89, mənzil 6 Yeni qaydalarla: AZ 1121, ünvan 1 ünvanında yerləşən (82.40 kv.m ümumi sahəsi olan) dair aylıq ipoteka xərcləri (borc tam bağlanana kimi) onun Birinci tərəf: Maraqlı şəxs tərəfindən ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu mənzilin İkinci tərəf Ərizəçi və birgə nikahdan anadan olan övladlarının sərəncamında (istifadəsində) qalacağı ilə razıdır və buna hər-hansı maneə tödətməsi etibarsızdır. Bu mənzilə dair ıpotaka ödənişləri tam bağlandıqdan sonra (İkinci tərəflə nikah münasibətlərinə xitam verilməsi vaxtından zamanından aslı olmayaraq, iddia müddəti tətbiq edilmədən) bu mənzilin İkinci tərəf: Ərizəçi adına keçirəcəyinə (özgəninkiiəşdirəcəyinə) İkinci tərəfin: adına yeni Çıxarış verilməsinə dair müvafiq bank və dövlət qeydiyyat orqanında zəruri addımlar atacağına (sənədlər imzalayacağına) dair öz üzərinə öhdəlik götürür. Bu mənzillə bağlı bütün hüquqlarından imtina edir, ödəyəcəyi ipoteka ödənişlərinin digər şəxslərin miras payı kimi qəbul edilməyəcəyi ilə razıdır və təsdiq edir. İkinci tərəfi bu mənzilə bağlı üçüncü şəxslərin bütün iddia və tələbindən azad edir. Bu mənzilə dair ipoteka üzrə borc məbləği ödənildiyi müddətdə İkinci tərəf: Ərizəçi icazəsi və xəbəri olmadan özgəninkiləşdirməyəcəyinə (təkrar ipoteka, girovla yüklü etməyəcəyinə, bağışlamacağına, vəsiyyət etməyəcəyinə) dair öz üzərinə öhdəiik götürür və bu kimi addımların atıldığı təqdirdə etibarsız olacağı (hesab ediləcəyi) ilə razıdır.

6. Birinci tərəf: Hüseynov X7 imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi iiə birgə nikah dövründə əldə etdikləri (Birinci tərəfin adına olan) ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar qəsəbəsi, ev 3 mənzil 2 Yeni qaydalarla: AZ 1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 91 m 5, m 2 (Çıxarış, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2021-ci il) onun Birinci j tərəf: Maraqlı şəxs xüsusi mülkiyətində qalacağı ilə razıdır. İkinci tərəf: Ərizəçi Bu mənzillə bağlı bütün hüquqlarından imtina etdiyi ilə razıdır (ikinci tərəflə nikah münasibətlərinə xitam verilməsi vaxtından zamanından aslı olmayaraq, iddia müddəti tətbiq edilmədən) İkinci tərəfin ona qarşı (bu mənzilə dair əmlak tələbi ilə bağlı) belə addımlar atdığı təqdirdə etbarsız olacağı (hesab ediləcəyi) ilə razıdır.

7. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həli olunduğunu təsdiq edir. Bu sazişin 3-cü və 5-ci bəndində əks ədilən öhdəliklərini pozduqda, İkinci tərəfin bu sazişi 6-cı bəndində öz üzərinə götürdüyü öhdəliklərindən imtina etmək, habelə bu sazişi təsdiq etdirmək məqsədi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxladığı ona məlumdur və buna etiraz etmir. Nikahın oozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

8. İkinci tərəf: Ərizəçi Bu saziş imzalandıqdan sonra Birinci tərəf: həyat yoldaşı - Maraqlı şəxs ilə Rusiya Federasiyası Arxangelsk X1 Ərazi Şöbəsində 10.01,2004-cı il tarixndə №26 ilə bağlanan nikahın (barışmağa vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

9. İkinci tərəf: Ərizəçi Bu saziş imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları 31,03.2002-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 (onun) Ərizəçi (analarının) yanında (himayəsində) qalmalarına razıdır.

10. 2-ci tərəf: Ərizəçi Bu saziş imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixindən etibarən ona hər uşağa görə 1000 AZN olmaqla hər ay ümumiikdə 2000 (iki min) AZN məbləğində aliment edəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus bank hesabına (kartına) ödənilməsinə razıdır.

11. İkinci tərəf - Ərizəçi Bu saziş imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2002-ci ii təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 ilə (uşaqların manafei nəzərə alınaraq) Birinci tərəf (atalan) Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdən etibarən (onun ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

12. İkinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri (Birinci tərəfin adına olan) İpoteka ilə yüklü edilmiş Çıxarış, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2021-ci il) Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 87,89, mənzil 6 Yeni qaydalarla: AZ 1121, ünvan 1 ünvanında yerləşən (82.40 kv.m ümumi sahəsi olan) dair aylıq ipoteka xərcləri (borc tam bağlanana kimi) Birinci tərəf: Maraqlı şəxs tərəfindən ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu mənzilin onun İkinci tərəf Ərizəçi və Birinci tərəflə birgə nikahdan anadan olan övladlarının sərəncamında (istifadəsində) qalacağı ilə razıdır və buna Birinci tərəfin hər-hansı maneə tödətməsi etibarsızdır. Bu mənzilə dair Birinci tərəfindən ipotaka ödənişləri tam bağlandıqdan sonra (Birinci tərəflə nikah münasibətlərinə xitam verilməsi vaxtından zamanından asılı olmayaraq, iddia müddəti tətbiq edilmədən) bu mənzilin ikinci tərəf: Ərizəçi adına keçirəcəyinə (özgəninkiləşdirəcəyinə) İkinci tərəfin adına yeni Çıxarış verilməsinə dair müvafiq bank və dövlət qeydiyyat orqanında zəruri addımlar aracağına (sənədlər imzalayacağına) dair Birinci tərəf: Maraqlı şəxs öz üzərinə öhdəlik götürür. Birinci tərəfin: Bu mənzillə bağlı bütün hüquqlarından imtina etdiyi ilə, Birinci tərəfin ödəyəcəyi ipoteka ödənişlərinin digər şəxslərin miras payı kimi qəbul edilməyəcəyi ilə bağlı razıdır və Birinci tərəfin bunu təsdiq etdiyi ilə razıdır. Birinci tərəfi onu bu mənzilə bağlı üçüncü şəxslərin bütün iddia və tələbindən azad etdiyi ilə razıdır. Bu mənzilə dair Birinci tərəfin ipoteka üzrə borc məbləği ödənildiyi müddətdə onun İkinci tərəf: Ərizəçi icazəsi və xəbəri olmadan özgəninkiləşdirməyəcəyinə (təkrar ipoteka, girovla yüklü etməyəcəyinə bağışlamacağma, vəsiyyət etməyəcəyinə) dair öz üzərinə götürdüyü öhdəliklə və bu kir addımların atıldığı təqdirdə onun hərəkətlərinin etibarsız olacaği (hesab ediləcəyi) ilə razıdır.

13. İkinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra Birinci tərəf: Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri (Birinci tərəfin adına olan) ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar qəsəbəsi, ev 3 mənzil 2, Yeni qaydalarla: AZ 1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 91 m m2 (Çıxarış, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2021-ci il) Birinci tərəf Maraqlı şəxs xüsusi mülkiyətində qalacağı ilə razıdır. Bu mənzillə bağlı bütün hüquqlarından imtina edir (Birinci tərəflə nikah münasibətlərinə xitam verilməsi vaxtında zamanından aslı olmayaraq, iddia müddəti tətbiq edilmədən) Birinci tərəfə qarşı (bu mənzilə dair əmlak tələbi ilə bağlı) belə addımlar atdığı təqdirdə bu tələblər etbarsız olacağı (hesab ediləcəyi) ilə razıdır.

14. İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflər qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəf: Bu sazişin 3-cü və 5-ci bəndində əks edilən öhdəliklərini pozduqda bu sazişi təsdiq etdirmək məqsədi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birini tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və bunə etiraz etmir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar