Məhkəmə qərarları › İş №2(011)-3584/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3584/2025

04.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3584/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi Rukhiza Əliyevanın, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Rukhiza Əliyevanın, Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Rukhiza Əliyeva ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli MSB/8/2023-01697 nömrəli Barışıq Sazişinin 3-cü bəndinin təsdiq edilməsi və 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Rukhiza Əliyeva ərizəni müdafiə edərək bildirmişdir ki, onun Maraqlı şəxs ilə birgə nikahından xx.xx.2015ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuş, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-kimi hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx manat) sabit pul məbləğində alimentin ödəniləcəyi barədə razılaşıblar, lakin həmin Barışıq Sazişi təsdiq edilməyib, digər tərəf alimenti istədiyi vaxt ödəyir, bəzən gecikdirir, o isə istəmir ki, hər dəfə alimentin ödənilməsi ilə bağlı keçmiş həyat yoldaşı ilə ünsiyyətdə olsun. Uşaqlarının mənafeyi baxımından həmin sazişin şərtlərinin məcburi forma almasını istəyir. Ona görə də o, barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsində məcburi icrası üçün məhkəmə tərəfindən təstiq olunmasını istəyir, bu məqsədlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, barışıq sazişində müəyyən edilmiş qaydada alimenti və digər öhdəlikləri ödəyir, Sazişin təsdiq edilməsinə zərurət görmür, qarşı tərəf alimentin artırılması məqsədilə bir dəfə məhkəməyə müraciət etmişdir, sazişin təsdiq edilməsinə etiraz edir. Sonda maraqlı Maraqlı şəxs qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər Rukhiza Əliyeva və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli MSB/8/2023-01697 nömrəli Barışıq sazişi bağlanmışdır. Sazişin bəndlərindən görünür ki, 1.Birinci tərəf: X13 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə № 739 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2.Birinci tərəf: Alieva Rukhiza ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəlüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3.Birinci tərəf: X13 imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ila birgə nikahdan dünyaya gələn xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-kimi hər uşağa görə 220 (iki yüz iyirmi) AZN olmaqla ümumlikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi dair İkinci tərəfin götürdüyü öhdəliklə razıdır. 4.Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1.İkinci tərəf: Maraqlı şəxs Saziş imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Alieva Rukhıza ilə 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə № 739 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2.İkinci tərəf: Maraqlı şəxs X10 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 birinci tərəf Alieva Rukhıza (analarının) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf: Maraqlı şəxs Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Alieva Rukhıza ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Alieva Rukhizaya hər növbəti ayın 1-dən 10-a kimi hər uşağa görə 220 (iki yüz iyirmi) AZN olmaqla ümumlikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. 4.Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. İş materiallarından görünür ki, Rukhiza Əliyeva tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6319/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Alıyeva Rukhiza (X2) ilə Maraqlı şəxs arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Rukhiza Əliyeva və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli MSB/8/2023-01697 nömrəli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, Sazişin bəndlərindən görünür ki, İkinci tərəf: Maraqlı şəxs Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Alieva Rukhıza ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Alieva Rukhizaya hər növbəti ayın 1-dən 10-a kimi hər uşağa görə 220 (iki yüz iyirmi) AZN olmaqla ümumlikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür, ərizəçi barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini və ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsini xahiş edir. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına, onun mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, narışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi müəyyən hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Rukhiza Əliyeva və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunuda təsdiq edilsin: - İkinci tərəf: Maraqlı şəxs Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Alieva Rukhıza ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Alieva Rukhizaya hər növbəti ayın 1dən 10-a kimi hər uşağa görə 220 (iki yüz iyirmi) AZN olmaqla ümumlikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat Maraqlı şəxs alınaraq Rukhiza Əliyevaya ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar