Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3589/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Behbudov Elşən Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1988-ci il təvəllüdlü mərhum həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X2 xx.xx.1988-ci il tarixdə Vartaşen rayonu Bucaq kəndində doğulmuşdur. Ərizəçi X1 əri olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 941-05/15 saylı məktubu ilə ərizəçinin keçmiş arvadının ölümünün qeydə alınmasından imtina etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X2 onun həyat yoldaşı olub. Mərhum xx.xx.1988-ci il tarixdə Vartaşen rayonunda anadan olmuşdur. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə Oğuz rayonunda vəfat etmişdir. Yoldaşının adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş lakin, ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 941-05/15 saylı məktubunda ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinətinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X8 Bölmələrinin İdarəetmə Birliyi 7 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli Arayışında qeyd edilir ki, mərhumun yoldaşının dediyinə görə X2 xx.xx.2020-ci il tarixdə Oğuz rayonunun Bucaq kəndində yolda rəhmətə getmiş və həmin kənddə dəfn olunmuşdur. X9 çağırış vərəqəsi və mərhumun ölüm səbəbi məlum olmadığı üçün ərizəçiyə tibbi şəhadətnamənin verilməsi mümkün olmadı. Həmçinin, Oğuz rayonu İHB-nın Bucaq İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixdə verdiyi 10.37/39 saylı Arayışdan müəyyən olunur ki, X2 xx.xx.2020-ci il tarixdə saat 13:00-da Oğuz rayonunun Bucaq kəndi ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Çələbiyev Səfər Mösüm oğlu izahatında bildirdi ki, mərhum X2 onun gəlini olmuşdur. Gəlini xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun valideynləri Oğuz rayonunun Bucaq kəndində yaşadığı üçün Güləndamı oraya aparırdılar. X4 Bucaq kəndinə çatana yaxın öldü. Gəlinin vaxtsız ölümü onları sarsıtdığından vaxtında X10 çağıra bilməmişlər. Nöbəti gün, yəni xx.xx.2020-ci il tarixdə X5 rayonunun Bucaq kəndində yerləşən qəbiristanlıqda dəfn etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, mərhum X2 onun bacısı qızı olmuşdur. Güləndamı Oğuz rayonunun Bucaq kəndinə apararkən o da Güləndamla birlikdə getmişdir. xx.xx.2020-ci il tarixdə kəndə çatana yaxın Güləndam Çələbiyeva ölmüşdür. Növbəti gün onu kənd qəbiristanlığında dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materiallarında olan süburlar əsasında Güləndam Çələbiyevanın xx.xx.2020-ci il tarixdə ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə həyat yoldaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2020-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Oğuz rayonunun Bucaq kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3589/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3589/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver