Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-36/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) 5 saylı filialı ilə ipoteka qoyan Cavabdeh və borclu X10 arasında bağlanmış Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda xx.xx.2010-cu il tarixdə 3M-477 reyestr saylı ilə təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, KBB (i) 006 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2010-cu il tarixli 002/2010/KK(G) saylı kredit müqaviləsi üzrə X11ma bağ evinin tikintisi məqsədilə xx.xx.2012-ci il tarixədək verilmiş 42000 manat kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər X7, Cavabdeh və X8 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 iddiaçının xeyrinə 34028 manat əsas, 3618 manat faiz, 500 manat dəbbə pulu, 20 manat ödənilmiş dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh və X4 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsi) çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X2 alınıb iddiaçının nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə, cavabdehlər X5 nümayəndəsi X9 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarı ilə, cavabdeh X5 nümayəndəsi X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2011- ci il tarixli, 2(103)-4880/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən qətnamələrin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracdan satılmış və xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Lakin cavabdehlər qətnaməni icra etməyərək, hazırda İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini boşaltmırlar və bu səbəbdən bankın həmin əmlakı icarəyə verməklə gəlir əldə etməsinə maneçilik törədirlər. 25 yanvar 2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 108.60 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 001- 13/10-OR/22 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 180-200 kv.m olan əmlakları araşdırmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək qeyd edilən əmlakın orta icarə dəyəri 1500 manat təşkil etməkdədir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2022-ci il tarixdə keçmişdir və 2022-ci ilin oktyabr ayının 25-i iddiaçının mülkiyyətində olan əmlak cavabdehin istifadəsində qanunsuz olaraq 10 ay qalmış və həmin dövr ərzində iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etməkdən məhrum olmuşdur. 10 ay ərzində orta hesabla icarə dəyəri 15000 manat təşkil edir ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində ziyan vurulmuşdur və hazırda iddiaçıya ziyan vurulması davam etməkdədir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, 2022-ci ilin yanvar ayının 25-dən 2022-ci ilin oktyabr ayının 25-dən hər ay 1500 manat olmaqla, 10 ay ərzində cəmi 15000 manat və xx.xx.2022- ci il tarixdən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılana və banka təhvil verilənədək hər ay 1500 manat icarə haqqının hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci ilin tarixindən xx.xx.2022-ci tarixinədək Bankın mülkiyyətində olan qeyri - yaşayış sahəsindən istifadə etdiyi üçün hər ay 1500 manat olmaqla, 10 ay üçün cəmi 15000 manat, xx.xx.2022-ci il tarixindən Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz etməklə yanaşı izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Bu kimi əsassız iddiaları bank digər şəxslərə qarşı da qaldırmışdır. Belə ki, qətnamənin icrasını Xətai rayon İcra şöbəsi həyata keçirir. Ali məhkəmənin icraatında eyni daşınmaz əmlakla bağlı mülki işlə bağlı mübahisə olduğu üçün, hazırki iddianın predmeti olan qeyri-yaşayış sahəsi 2023-cü ilin iyun ayında boşaldılaraq, iddiaçıya təhvil verilmişdir. Nümayəndə məhkəməyə vergi orqanının arayışlarını təqdim edərək, qeyd etmişdir ki, qeyri-yaşayış sahəsində heç bir sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 180.6. kv.metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2022ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1155/2012 saylı 17 aprel 2012-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsindən cavabdeh X5 nümayəndəsi X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X10, Cavabdeh və X8 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 iddiaçı "xxxx" X3 ASC-nin xeyrinə 34.028 manat əsas kredit borcu, 3.618 manat faiz borcu, 500 manat dəbbə pulu, 20 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38.196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38.196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh və X4 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsindən) çıxarılmaları, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X2 alınıb iddiaçı "xxxx" X3 ASC-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsi ilə cavabdeh X5 nümayəndəsi X9 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)- 2461/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ASC-yə məxsus ünvan 3 ünvanında əmlakın icarə dəyərinin qiymətləndirilməsi üzrə araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi arasında aylıq icarə haqqı 1500 manat və ümumilikdə 12800 manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4681/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qətnamədən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki Kollegiyasının 2(102)-726/2023 saylı 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4681/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İcra məmuru Vüsal Umarov, tələbkarın nümayəndəsi, Quliyev Emin və hal şahidləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 02 iyun 2023-cü il tarixdə borclu Cavabdeh nümayəndəsi X1 qeyri-yaşayış sahəsini boşaldılmış şəkildə tələbkarın nümayəndəsi və icra məmuruna təhvil vermişdir. İş materiallarında olan “Elektron icra” sistemindən çıxarışa əsasən 22759/2014-1-30 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixdə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən Emin Quliyevə ünvanlanmış 03 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Emin Quliyev tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2022-ci il ərzində 1-ci, 2-ci, 3-cü və 4-cü rüblərdə dövriyyə 0.00 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən Emin Quliyevə ünvanlanmış 12 fevral 2024-cü il tarixli arayışdan görünür ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği müəyyən edilməmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X10, Cavabdeh və X8 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 iddiaçı "xxxx" X3 ASC-nin xeyrinə 34.028 manat əsas kredit borcu, 3.618 manat faiz borcu, 500 manat dəbbə pulu, 20 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38.196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38.196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh və X4 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsindən) çıxarılmaları, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X2 alınıb iddiaçı "xxxx" X3 ASC-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” barədə iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmişdir. Cavabdeh tərəfindən sözügedən qətnamə mübahisələndirilmiş, yuxarı instansiya məhkəmələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. “Hərracın nəticələrinin ləğv edilməsi” mübahisəsi 31 yanvar 2023-cü il tarixdə yekunlaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsinin icra edilməsi məqsədilə 02 iyun 2023-cü il tarixdə borclu Cavabdeh nümayəndəsi X1 qeyri-yaşayış sahəsini boşaldılmış şəkildə tələbkarın nümayəndəsi və icra məmuruna təhvil vermiş, 07 iyun 2023-cü il tarixdə icraata xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci ilin tarixindən xx.xx.2022-ci tarixinədək Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün hər ay 1500 manat olmaqla, 10 ay üçün cəmi 15000 manat, xx.xx.2022-ci il tarixindən Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iş materialları ilə müəyyən edilir ki, həmin qeyri-yaşayış sahəsinin satışına dair hərracın nəticələrinin ləğv edilməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, məhkəmə mübahisəsi davam etdiyindən həmin qeyri-yaşayış sahəsi banka təhvil verilməmişdir. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsi 2023-cü ilin iyun ayında banka təhvil verilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən verilmiş sənədlərdən də müəyyən edilir ki, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-36/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-36/2024
28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver