Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3606/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.10.1958-ci ildə anadan olmuş X2 02.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X6 onun atasıdır, o, 23.10.1958-ci il tarixində Lənkəran rayonunda doğulmuşdur, 02.03.2021-ci il tarixdə atası qəfilətən dünyasını dəyişmiş, vəfatından sonra isə dərhal Lənkəran rayon qəbiristanlığında dəfn olunmuşdur, ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin Maraqlı şəxs ona ölüm haqqında tibbi şəhadətnamənin olmamasını əsas gətirərək bundan imtina etmiş, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Xətai rayon X5 məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 08.01.1966-cı il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun əridir, 02.03.2021-ci ildə Ş.Mehdiyev küçəsində qəflətən özünü pis hiss etmiş, təcili yardım stansiyasının briqadası gələnə kimi artıq keçinmişdir, öldükdən sonra onu Lənkəran qəbirstanlığında dəfn etmişlər, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında 21.06.1985-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qaynatasıdır, 02.03.2021-ci il tarixdə vəziyyəti anidən pisləşmiş və həmin gün vəfat etmişdir, vəfat etdikdən sonra mərhumu Lənkəran qəbirstanlığında dəfn etmişlər, mərhumun dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan XX-JQ seriyalı 466822 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixində Lənkəran rayonunda doğulmuşdur. Onun atası X6, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 38 nömrəli şəhər Poliklinikasının 15.03.2021-ci il tarixli 66 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi ev 11, mənzil 10-da qeydiyyatda olan ünvan 1 ünvanında rəhmətə getmiş 23.10.1958-ci il təvəllüdlü X4 ölüm haqqında sənəd verilə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Viravul kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12- 16/214 saylı 30.03.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi atası X6 02.03.2021-ci il tarixdə Lənkəran rayonunun Viravul kəndində dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli 24 saylı arayışdan, görünür ki, həqiqətən də 02.03.2021-ci il tarixdə, saat 14:48-da ünvan 1 ünvanına çağırış üzrə gedən həkim R.X1 vəfat etdiyini qeyd etmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1986-ci il təvəllüdlü Ərizəçi mərhum X2 oğludur, sonuncu 02.03.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 23.10.1958-ci ildə təvəllüdlü X2 02.03.2021-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23.10.1958-ci il təvəllüdlü X2 02.03.2021-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3606/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3606/2021
08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver