Məhkəmə qərarları › İş №2(011)-3621/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3621/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3621/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi və maraqlı şəxs 2 saylı Bakı “Asan Xidmət” X3 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1964-cü il təvəllüdlü X11 xx.xx.2025ci il tarixdə qəflətən vəfat etmişdir. O, vəfatından sonra dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X7 bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə tələb edildiyindən və ərizəçi də həmin sənədi təqdim etmədiyindən atasının ölümü haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinə dair ərizənin təmininə isə etirazları yoxdur. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1964-cü ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi atası X11, anası X2r. “Respublika Təcili və X4 Mərkəzi” X14 X5 ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixində, saat 01:05-də ünvan 1i ünvanından Sabunçu TTTYSna çağırış gəlmiş, yardım getdikdə ünnvanda X9 məxsus meyit ilə rastlaşmış, “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Ərizəçi atası X6 ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, X8 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X11 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Suraxanı rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X11 Bakı şəhəri, Maştağa qəsəbəsi, “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həm dostu, həm də qonşusudur, mərhum X11 dostunun atasıdır, 02 mart 2025-ci il tarixdə o, Turalın atasının qəflətən evində vəfat etdiyini bilmiş, onlara getmiş, dəfndə və yasda iştirak etmiş, həmin gün Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbristanlığında dəfn etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1964-cü il təvəllüdlü, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar