Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3668/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, ərizəçinin nümayəndəsi Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş anası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X4 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə kəskin qripdən sonra traxeya bronxitin ağırlaşması nəticəsində vəfat etmişdir. Onun vəfat etdiyi gün Bakı şəhəri “Qurd qapısı” qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə şəhadətnamə verilmədi. Bu isə ərizəçiyə vərəsəlik hüququnu həyata keçirtməyə mane olur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 05578831 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ХV-ЖГ seriyalı 322820 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixində anadan olmuş, onun atası X8, anası isə X3. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X2 meyiti aşkar edilmişdir. İş materiallarında olan 06 nömrəli Şəhər Polikklinikasının xx.xx.2024-cü il tarixli 34 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1955-ci il təvəllüdlü X4 6 nömrəli şəhər poliklinikasına müraciəti olmaması səbəbindən məhruma ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-Q-15/315 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında qeyd etmişdir ki, o, ərizəçini uşaqlıqdan tanıyır. O, işdən evə gəlmişdir. Emin ona yazmışdır ki, xalası oğlu Zaur rəhmətlik Güla xanımın yanına gedir. Zaur gəlib, qapını döyür, amma qapını açmırlar. O, ora getdi. Çatanda gördü ki, Emin artıq oradadır, Güla xala isə rəhmətə gedib. Bu hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. O, rəhmətliyin yas mərasimində də iştirak etmişdir. Gülnara Minhəlimovna Bakı şəhərinin “Qurt qapısı” qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun xalası oğludur. Həmin gün saat birə iştəmiş xalası Qaliyeva Gülarə ona zəng etmişdir ki, özünü pis hiss edir, güclə nəfəs alır. O, xalasına dedi ki, narahat olmasın, gəlir. O, ola bilər ki, 20 dəqiqə gecikdi. Onda açar yox idi, xalası qapını da açmadı, zənglərə də cavab vermirdi. Xalası rəhmətə getmişdir. Emin gələndə onlar evə girdilər. O, xalasının nəbzini yoxladı, amma nəbzin olmadığını gördü. Artıq keçinmişdi. Hadisə xx.xx.2024-cü il tarixində Bakı şəhərində baş vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 20 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3668/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3668/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver