Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3743/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi X2 anasıdır.
2. Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində ünvan 1 ünvanında X2 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
3. Həmçinin, X2 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunması barədə Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 39 saylı Arayış verilmişdir.
4. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 26 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixdə 160 nömrəli arayış, Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsi isə xx.xx.2023-cü il tarixli məktub əsasında ərizəçinin oğlunun ölümünün qeydə alınmasından imtina etmişlər.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçi xx.xx.1991-ci il təvəllüdlü oğlu X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi ərizəsində qeyd etmişdir ki, X6 onun oğludur. X6 13 may 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu 20A (qaraciyər çatışmamazlığından) rəhmətə getmişdir. X1 qəbirsanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı olaraq Bakı şəhəri Nizami Rayon (şəhər) qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Nizami Rayon (şəhər) qeydiyyat şöbəsi ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, Quliyev Pərvizin yaxın dostudur, Əhməd Adıgözəlovun səhhətinin pisləşməsi, onun xəstəxanaya yerləşdirilməsində iştirak edib. Qaraciyər çatışmazlığından əziyyət çəkirdi, həkimlər nə etsələr də, yaxşı olmadı. Sonuncu gün xəstənaxadan bildirdilər ki, evə getməlidir. Təcilli tibbi yardımla evə aparanda artıq öldüyünü bildirdilər.
11. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, mərhum onun xalasıoğludu, o, xx.xx.2022-ci il tarixində qaraciyər çatışmazlığından vəfat edib. Əhməd Adıgözəlov vəfat etdiyi gün təcili tibbi yardımdan verilən kağızı poliklinikaya aparanda onlar mərhumun həmin xəstəliklə onlarda qeydiyyata alınmadığını əsas gətirərək ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etdilər. X8 qəbirstanlığında dəfn olub.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
15. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
17. Belə ki, ərizəçinin oğlu X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri Xətai rayonu Zığ yolu 20A ünvanında X2 meyidinin (həkimə qədər ölüm) aşkar edilmişdir.
18. Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-ci il tarixli məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.
19. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
20. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
21. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı