Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3808/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi MŞB/2-03881 nömrəli, xx.xx.2023-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etsə də, 20619 nömrəli qəbzin surətindən görünür ki, dövlət rüsumu xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-2039/2024 saylı iş üzrə ərizə verilərkən ərizəçi tərəfindən ödənilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(011)- 2039/2024 saylı qərardadı ilə həmin iş üzrə icrata xitam verilmiş, eləcə də ərizəçinin məhkəməyə ödədiyi dövlət rüsumunun ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə ərizəçinin ödədiyi dövlət rüsumu qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun ödənilmədiyindən yəni, dövlət rüsumu başqa iş üzrə artıq istifadə edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3808/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3808/2024
18.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver