Məhkəmə qərarları › İş №2(011)-3841/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3841/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3841/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı MTK-ya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, İddiaçı MTK-ya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən İddiaçı MTK-ya, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında hündürmərtəbəli binaların tikintisi səlahiyyəti verilmişdir. Qeyd olunan ünvanda, MTK tərəfindən iki ədəd A1 və A2 saylı blokdan ibarət hündürmərtəbəli bina tikilmişdir. Cavabdeh heç bir ödəniş etmədən, İddiaçı MTK-ya məxsus olan, A1 saylı hündürmərtəbəli blokun 3-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini zəbt etmiş və hamıya bildirir ki, həmin sahələr ona məxsusdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edib iddianın rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı MTK arasında Birgə Fəaliyyət haqqında xx.xx.2007-ci il tarixli Müqavilə bağlanmışdır. Həmin Müqavilə həmin gün Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmişdir. İddiaçı MTK tərəfindən maddi problemlərlə əlaqədar binanın tikilməsi dayandığından Həmin Müqaviləyə əlavə və dəyişikliklər barədə xx.xx.2912-ci il tarixdə tərəflər arasında Saziş imzalanmışdır. Bağlanmış Sazişə əsasən Cavabdeh inşa edilən hündürmərtəbəli yaşayış binasında tikintinin başa çatması üçün 1.000.000 (bir milyon) manat məbləğində işlər görməyi öhdəsinə götürmüş (işlər yerinə yetirilmişdir) və Müqavilənin 2.2-ci bəndində göstərilmiş binanın 12-ci mərtəbəsində 5 mənzili (ümimi sahəsi 593,5 m2), onuncu mərtəbəsində bir mənzili (ümumi sahəsi 136,4 m2), on birinci mərtəbəsində bir mənzili (ümumi sahə 136,4 m2) MTK-ya qaytarmışdır. Görülən işlər nəğd pul ilə yerinə yetirilirdi ki, həmin vaxt aralarında qeyri-rəsmi işlərin təhvil verilməsi barədə akt tərtib olunurdu. Hazırda 5 ildən artıq vaxt keçdiyi üçün həmin sənədlər artıq yoxdur. Görülən işlərin (təhvil-təslim aktı məhkəməyə təqdim edilib) və qaytarılan mənzillərin, həmçinin əvvəldən MTK-ya verilmiş mənzillərin əvəzinə MTK tərəfindən Cavabdeh Sazişin 1.1.3-cü bəndində göstərilən qeyriyaşayış sahələri verilmişdir: A1 blokunun 1-ci mərtəbəsində 195 m2 qeyri-yaşayış sahəsi, 2-ci mərtəbəsində 369 m2 qeyri-yaşayış sahəsi, 3-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsi, 4-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsi. Bundan əlavə, xx.xx.2012-ci tarixli Müqaviləyə əsasən MTK həmin binanın A1 blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 m2 olan (135+41+124) olan və xx.xx.2012-ci il tarixdə bağlanmış Müqaviləyə əsasən isə A1 blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 258 m2(122+136.1), cəmi isə 558 m2 olan qeyri-yaşayış sahələrini Cavabdeh vermişdir. xx.xx.2012-ci il tarixli tərəflər arasında bağlanmış Müqaviləyə əsasən göstərilən binanın 2ci mərtəbəsində yerləşən 200 m2 qeyri-yaşayış sahəsi də Cavabdeh verilmişdir. Beləliklə, həmin yaşayış binasında Cavabdeh istifadəsinə verilən qeyri- yaşayış sahələri aşağıdakı kimidir: A1 blokunun birinci mərtəbəsində 195 m2 qeyri-yaşayış sahəsi, 2-ci mərtəbəsində 569 m2 qeyri-yaşayış sahəsi, 3-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsi, 4-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsi və 5-ci mərtəbəsində 558 m2 olan qeyriyaşayış sahələri. Tərəfindən müqavilənin bütün şərtləri yerinə yetirilmiş və binada göstərilən məbləğdən də artıq işlər görülmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, İddiaçı “xxxx” MTK-nın sədri Hikmət Yigitdöl vəzifəsindən sui-istifadə və dələduzluq edərək həmin sahələr həmçinin X12 və X1. İddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahələri barədə məhkəmə Qərarları çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2016-ci il tarixli 2(102)-4851/16 saylı Qərarı ilə həmin binanın 3cü mərtəbəsində yerləşən 600 kv.m qeyri-yaşayış sahəsi X5 verilmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsi ilə Həmin binanın 4-cü mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsi X5 verilmişdir. Hər iki məhkəmə aktı icra olunmuşdur. Göründüyü kimi mübahisələndirilən sahələr “xxxx” MTKnın sahibliyində və mülkiyyətində deyildir. Həmin A1 korpusunun hər mərtəbəsində cəmi 556 kv.m sahə mövcuddur. Bundan əlavə “xxxx” MTK-nın sədri Hikmət Yigitdöl vəzifəsindən sui-istifadə və dələduzluq etdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2 və 313-cü maddələri ilə cinayət işi açllmış və hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatındadır. Həmin işdə Cavabdeh zərərçəkmiş qismində tanınmışdır. Bundan əlavə iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahələri onun tamahı üzündən yenidən başqa şəxslərə satılmış və nəticədə ona xüsusilə külli miqdarda zərər vurulmuşdur. Hazırda tərəfindən həmin sahələr barəsində Axundov Eldəniz və Axundov İsfəndiyara, həmçinin “xxxx” MTK-ya qarşı iddiasına dair iş apelyasiya instansiyasında hakim Məmməd Məmmədovun icraatındadır. İddiaçının göstərdiyi kimi aralarında bağlanmış xx.xx.2012-ci il sazişindən 8 ildən artıq müddət keçir. Hazırki vaxta qədər iddiaçı ona qarşı hər hansı iddia irəli sürməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 nömrəli Sərəncamına əsasən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 921 saylı razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsi, icarə əsasında həmin mənzil-tikinti kooperativinin istifadəsinə verilmiş, Ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MTK arasında xx.xx.2007-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış, müqaviləyə görə iddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xocalı prospekti 36 ünvanında yerləşən 1, 2, 4, 5, 6 və 7 saylı mənzilləri İddiaçı MTK-nin istifadəsinə verməyi, İddiaçı MTK isə Bakı şəhəri, Xocalı prospekti 36 ünvanında MTK tərəfindən inşa ediləcək yüksək mərtəbəli binanın 1-ci mərtəbəsində Xocalı prospekti boyu 23,30 metr uzunu, 15,5 metr eni, hündürlüyü 3,20 metr olan qeyriyaşayış sahəsini (ümumi sahəsi 361,0 m2), 2-ci mərtəbəsində Xocalı prospekti boyu 20,0 metr uzunu və 15,5 metr eni, hündürlüyü 3,0 metr olan qeyri-yaşayış sahəsini (ümumi sahəsi 310 m2), binanın 10-cu mərtəbəsində bir mənzili (ümumi sahəsi 138,4 m2), 11-ci mərtəbəsində bir mənzili (ümumi sahə 138,4 m2) və 12-ci mərtəbəsində beş mənzili (ümumi sahəsi 593,5 m2 ) bayır hissəsi tam təmir edilmiş vəziyyətdə cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşür. İş materiallarında olan, tərəflər arasında xx.xx.2012-ci tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə və dəyişikliklər barədə Saziş bağlanmış, Sazişin şərtlərinə görə xx.xx.2007-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, Xocalı prospekti 36 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasında tikintinin başa çatması üçün cavabdeh 1.000.000 (bir milyon) manat məbləğində işlər görməyi, Müqavilənin 2.2-ci bəndində göstərilmiş binanın onuncu mərtəbəsində bir mənzili (ümumi sahəsi 136,4 m2), on birinci mərtəbəsində bir mənzili (ümumi sahə 136,4m2) və 12-ci mərtəbəsində 5 mənzili (ümimi sahəsi 593,5 m2 ) MTK-ya qaytarmağı öhdəsinə götürmüş, Müqavilənin 2.2-ci bəndi yeni redaksiyada verilməklə (Sazişin 1.1.3-cü bəndi) binanın 1-ci mərtəbəsində yardımçı sahələri çıxmaq şərtilə 195 m2 qeyri-yaşayış sahəsini, 2-ci mərtəbəsində 369 m2 qeyriyaşayış sahəsini, 3-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsini, 4-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsini isə iddiaçı MTK bayır hissəsi tam təmir edilmiş vəziyyətdə cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan smetalardan və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2012-ci tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə və dəyişikliklər barədə Sazişə əsasən Cavabdeh tərəfindən Xocalı prospekti 36 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasında tikintinin başa çatması üçün 665.376 (altı yüz altmış beş min üç yüz yetmiş altı) manat, ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 nömrəli qətnaməsinə əsasən qət edilmişdir ki, İddiaçı MTK ilə X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 860 m2 - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 m2, 2-ci mərtəbədə ümumi sahəsi 130 m2, 3-cü mərtəbədə ümumi sahəsi 300 m2, 4cü mərtəbədə ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinə X3 və istifadə hüququ tanınsın. İddiaçı MTK ilə X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 860 m2 - o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 m2, 2-ci mərtəbədə ümumi sahəsi 130 m2, 3-cü mərtəbədə ümumi sahəsi 300 m2, 4-cü mərtəbədə ümumi sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsinin X2 və istifadəsinə verilməsi vəzifəsi İddiaçı MTK-ya həvalə edilsin. İddiaçı MTK ilə payçı X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqaviləyə əsasən İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən və ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə X3 və istifadə hüququ tanınsın. İddiaçı MTK ilə payçı X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqaviləyə əsasən İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən və ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinin X2 və istifadəsinə verilməsi vəzifəsi İddiaçı MTK-ya həvalə edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli 2(102)-4851/16 nömrəli qərarına əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilmiş yaşayış binasının A1 girişinin 4-cü mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m. olan 1 saylı mənzilin, həmin binanın A1 girişinin 5-ci mərtəbəsində yerləşən sahəsi 82,7 kv.m. olan 8 saylı mənzilin, həmin binanın A1 girişinin 8-ci mərtəbəsində yerləşən sahəsi 136,1 kv.m. olan 21 saylı mənzilin, həmin binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.m. olan 14 saylı mağazanın (qeyri-yaşayış sahəsinin), həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 600 kv.m. olan 30, 31 və 43 saylı mağazaların (qeyri-yaşayış sahələrinin) X5 təhvil verilməsi vəzifəsi İddiaçı MTK-ya həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-2939/16 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh İddiaçı MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəblərdə yerləşən ümumi sahəsi 860 m2 olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəblərində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, İddiaçı MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1496/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmiş, cavabdeh İddiaçı MTK-nın kasassiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1496/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan İddiaçı MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə “X26” MTK arasında yaşayış və qeyri yaşayış sahələrinin verilməsi barədə xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət” haqqında müqavilə və həmin müqaviləyə əlavə dəyişikliklər edilməsi barədə xx.xx.2015-ci il tarixli saziş bağlanmışdır. Yuxarıda göstərilən razılaşmalara uyğun olaraq tikilmiş binada 1-2-3- 4-cü və 5-ci mərtəbələrdə qeyri-yaşayış sahəsi verilmişdir. Hazırda Ali Məhkəmənin xx xxxxxxx 2016-ci il tarixli (İş № 2(102)-4851/16) saylı qərarı və xx xxxx 2016-cı il tarixli (İş № 2(102)-2339/16) saylı qərarı Xətai Rayon İcra Şöbəsi tərəfindən icra olunur. İcra prosesində məlum olmuşdur ki, ona məxsus qeyri-yaşayış sahələrini, iddiaçılar olmuş X5 və X9 verilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X14 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) Əliyev Aftandil Adıgözəl oğlu, “X26" MTK-nın qanuni təmsilçisi və təsisçisi - Türkiyə vətəndaşı (TCNC ser: Pll №211954 T.C. kimlik No **********8) Yigitdöl Hikmət Süleyman oğlu, türk və azərbaycan dillərini sərbəst bilən Alxanova Qəmər Söhbalı qızı, “X26" MTK-nın təsisçiləri - X19, X20 və "X26" MTK-nın qanuni təmsilçisi Yigitdöl Hikmet Süleyman oğlunun şəriki “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 (ARVŞV ser: AZE №16944601), aşağıdakı qeyd edilənlər barədə razılığa gələrək bu müqaviləni tərtib etdilər: “Həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pll №211954 T.C.kimlik No **********8) Yigitdöl Hikmət Süleyman oğlunun Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi Olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər icra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən “xxxx” MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X17 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Yigitdöl Hikmət Süleyman oğlunun şəriki, “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi X16 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir”. Beləliklə mülki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2012-ci tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə və dəyişikliklər barədə bağlanmış Sazişin şərtlərinə görə İddiaçı MTK, Xocalı prospekti 36 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasında tikintinin başa çatması üçün iddiaçı 1.000.000 (bir milyon) manat məbləğində işlər görməyi, Müqavilənin 2.2-ci bəndində göstərilmiş binanın onuncu mərtəbəsində bir mənzili (ümumi sahəsi 136,4 m2), on birinci mərtəbəsində bir mənzili (ümumi sahə 136,4m2) və 12-ci mərtəbəsində 5 mənzili (ümimi sahəsi 593,5 m2 ) MTK-ya qaytarmağı öhdəsinə götürmüş, Müqavilənin 2.2-ci bəndi yeni redaksiyada verilməklə (Sazişin 1.1.3-cü bəndi) binanın 1-ci mərtəbəsində yardımçı sahələri çıxmaq şərtilə 195 m2 qeyri-yaşayış sahəsini, 2-ci mərtəbəsində 369 m2 qeyri-yaşayış sahəsini, 3-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsini, 4-cü mərtəbəsində 556 m2 qeyri-yaşayış sahəsini isə cavabdeh MTK bayır hissəsi tam təmir edilmiş vəziyyətdə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X14 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) Əliyev Aftandil Adıgözəl oğlu, “X26" MTK-nın qanuni təmsilçisi və təsisçisi Yigitdöl Hikmət Süleyman oğlu, “X26" MTK-nın təsisçiləri - X19, X20 və "X26" MTK-nın qanuni təmsilçisi Yigitdöl Hikmet Süleyman oğlunun şəriki “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi X17, aşağıdakı qeyd edilənlər barədə razılığa gələrək bu müqaviləni tərtib etmişdirlər ki “Yigitdöl Hikmət Süleyman oğlunun Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi Olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər icra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən “xxxx” MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X17 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Yigitdöl Hikmət Süleyman oğlunun şəriki, “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi X16 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir”. Göründüyü kimi tərəflər arasında mübahisəli qeyri-yaşayış sahələrinə dair müqavilə münasibətləri olmuşdur. Lakin hazırda İddiaçı MTK-nın sözügedən müqavilələr üzrə hüquq, vəzifə və öhdəlikləri şəriki “xxxx” MMC-yə ötürülmüşdür. Odur ki, məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının hazırki iddia tələbi üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınmasını tələb etməkdə subyektiv hüququ olmadığına görə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı MTK-nın qanuni təmsilçisi Yigitdöl Hikmət Süleyman oğlunun Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər icra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən “xxxx” MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X17 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Yigitdöl Hikmət Süleyman oğlunun şəriki, “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi X16 qəbul etməsi və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin “xxxx” MMC tərəfindən həll olunması barədə xx.xx.2018-ci il tarixli Müqavilə imzalandığından, İddiaçı MTK-nın mübahisəli qeyri-yaşayış sahələrini cavabdehin qeyriqanuni sahibliyindən tələb etmək hüququna malik deyildir. Beləliklə, İddiaçı MTK-nın Cavabdeh qarşı İddiaçı MTK-ya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyriqanuni sahibliyindən alınaraq, İddiaçı MTK-ya təhvil verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdehin müraciətini araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia müddəti aşağıda qeyd olunanlara əsasən tətbiq edilə bilməz. Belə ki, Məhkəmə hesab edir ki, iddiaçının tələbi faktiki olaraq tələb etdiyi əmlaka ehtimal edilən mülkiyyət hüquqlarının bərpasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilməyən tələblərə aiddir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MTK-nın Cavabdeh qarşı İddiaçı MTK-ya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 saylı blokunda olan, 3-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin və həmin blokun 4-cü mərtəbəsində yerləşən 556 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, İddiaçı MTK-ya təhvil verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar