Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3860/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum oğlu xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə qəflətən vəfat etmiş və vəfatından sonra dəfn edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə bamxyaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnamənin alınması məqsədilə lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi bununla yanaşı məhkəməyə ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin yoldaşından qalan evin miras əmlak kimi qəbul edilməsi üçün lazım olduğunu bildirmişdir. Ərizəçi izahatında bildirmişdir ki, oğlu Tural 06 iyul 1993-cü ildə 5 yaşında olanda Novxanıda bağda su kaçalkasının üstündə yellənəndə yıxılmış, aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada vəfat etmişdir. Həmin vaxt zəruri olduğunu bilmədiyi üçün onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Ərinin vəfatından sonra notarius vərəsəlik işinin açılması üçün elektron sistemi yoxlayanda onun oğlu Turalın doğum məlumatları aşkar edilmiş, ölümü haqqında məlumatlar aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XİV-ЖГ seriyalı, 311761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 dekabr 1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, anası Ərizəçi, atası isə X4r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 04 aprel 2025ci il tarixli, 3-16-5/8-15-C-15-570 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X10 19 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 13 mart 2025-ci il tarixli məktubdan görünür ki, Nizami rayonu 19 nömrəli Uşaq Poliklinikasının rəhbərliyi bildirmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X2 vəfat etməsi və ölüm haqqında şəhadətnaməsinin olması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan qəbiristanlıqdan olan fotoşəkillərdən görünür ki, X6 11 dekabr 1988-ci il tarixdə doğulmuş, 06 iyul 1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçinin qardaşıdır. Bacısı Ərizəçi övladı Tural 1988-ci ildə doğulmuş, 1993-cü ildə vəfat etmişdir. Tural Novxanıda bağda su kaçalkasında əzilmiş, daxili qansızması olmuş, Sabunçu xəstəxanasında 2 gün sonra vəfat etmişdir. Tural 8-ci qəbiristanlıqda dəfn edilmişdir. Həmin qəbiristanlıqda nənəsi, babası, atası da dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, ərizəçinin yoldaşının dostudur. Ərizəçinin oğlu Tural 1988-ci ildə doğulmuş, 1993-cü ildə 5 yaşında olanda Novxanıda bağda su kaçalkasının üstündə yellənəndə yıxılmış, aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Məhkəmə hesab edir ki, 11 dekabr 1988-ci il təvəllüdlü X2 06 iyul 1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 dekabr 1988-ci il təvəllüdlü X2 06 iyul 1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3860/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3860/2025
30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver