Məhkəmə qərarları › İş №2(011)-3872/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3872/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3872/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İşin iddia ərizəsində göstərilən faktiki hallarına görə, ərizəçinin anası X5 xx.xx.1974-cü ildə tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə qəflətən vəfat etmiş və vəfatından sonra növbəti gün dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün, ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün poliklinikalara dəfələrlə müraciət etməsinə baxmayaraq ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1974-cü il təvəllüdlü anası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən (xx.xx.2023-cü il tarixdə) ərizəçinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, anası xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Gecə anası oruc tutmuş və iftar üçün restorana gedən zaman ürəyi tutmuşdur. Tibbi yardım çağırsa da, gec gəldiyi üçün anasını özü H.Aslanovda xəstəxanaya aparmışdır. Xəstəxanada isə X3 ürəktutmasından vəfat etdiyi bildirilib. Ərizəçinin nümayəndəsi qeyd etmişdir ki, bu hadisə restoranın qarşısında baş verib və qohumları bu hadisəyə şahid olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid X7 izahat verərək bildirdi ki, mərhum onun xalasıdır. X1 şəkər xəstəsi imiş. Ona xəbər verdilər ki, xalası rəhmətə gedib, anasını da götürüb oraya getmiş və dəfndə iştirak etmişdir. Şahid izahat verərək bildirdi ki, o mərhumun ikinci həyat yoldaşıdır. O da iftara getmiş və mərhum özünü pis hiss etdikdən sonra onu təcili yardıma özləri çatdırmışdır. Şahid həmçinin mərhumun şəkər xəstəsi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir; - Bakı şəhəri, 7 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 3 № arayışına əsasən, mərhumun poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti, ambulator kartı olmadığından və ölüm hadisəsi evdə baş vermədiyi üçün poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə verməsi mümkün olmayıb; - xx.xx.2023-cü il tarixli akta əsasən, mərhum X5 vəfat etmiş və Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 7 saylı böməsinin №5 xx.xx.2023-cü il tarixli sorğuya (ərizəyə) cavabında qeyd edilir ki, xx.xx.2023-cü il 20:00-da 7 saylı bölmə ünvanına X5 adına çağrış daxil olmuş, “həkimə qədər ölüm, qadın cinsli meyid” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu : 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X3 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X3 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X3 tarixdə xx.xx.2023-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad olunurlar. İş materiallarından göründüyü kimi ərzəçi məcburi köçkün statusuna malikdir və bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumundan azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1974-cü ildə Ağdam şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar