Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3919/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, əri- xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, əri X4 xx.xx.1962-ci il tarixində Qusar rayonunun Suvaçal kəndində anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi ev 9/5A-da yaşamışdır. xx.xx.2021-ci il tarixdən "Mədə karsinoması, Qaraciyər metastaz diaqnozu ilə 38 saylı ŞP-da qeydiyyata düşmüş, xx.xx.2022-ci il tarixdə, saat 18.30-da ev şəratində vafat etmişdir. O, vəfat etməmişdən əvvəl TTY-dən həkim dəvət etmiş, həkimlər çağırış üzrə gəlmiş, ilkin tibbi müainə etdikdən sonra getmişlər. Onlar getdikdən bir müddət sonra, həmin günü, əri saat 18.30 radələrində vəfat etmişdir. Əri vəfat edəndən sonra başı yas verməyə qarışdığından TTY-dan həkim dəvət etməmiş və bu səbəbdən də ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı ala bilməmişdir. Buna baxmayaraq əri üçün ölüm şəhadətnaməsini alınması üçün zəruri hesab edilən həmin sənədlər olmasa da Maraqlı şəxsndə qeydiyyat Şöbəsinə ölüm şəhadətnaməsinin alınması üçün etdiyi müraciətə xx.xx.2022-ci il tarixdə, 05/Q-784/15 saylı məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X1 ifadələrində ərizəçinin qonşuları olduqlarını, ərizəçinin həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini və özlərinin də yas mərasimində iştirak etdiklərini göstərdilər. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə olunmuş İİİ-JQ seriyalı, 471359 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında nikah xx.xx.1985-ci ildə qeydə alınmışdır. İş materiallarında olan Xətai rayonu 2 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X2 qəbirüstü daşında onun xx.xx.1962-ci ildə Anadan olması və xx.xx.2022-ci il tarixdə vəfat etməsi qeyd edilmişdir. Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixdə, 05/Q-784/15 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum əri X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə X2 ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi müyyən edilməmişdir və ərizəçi bu səbəbdən məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi əri X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3919/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3919/2022
26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver