Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-398/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə 3172,03 ABŞ dolları əsas borc, 1700,18 ABŞ dolları faiz borc, 1680,17 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 476,08 ABŞ dolları, cəmi 7028,46 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 23.06.2015-ci il tarixli 301 saylı kredit müqaviləsi üzrə 2345,73 ABŞ dolları əsas, 1240,60 ABŞ dolları faiz, 1242,62 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 357,06 ABŞ dolları məbləğində məbləğində faiz (5%) borcu, cəmi 5186,01 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Sonata” markalı, qara rəngli, buraxılış ili 2008-ci il olan, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.K.Əliyev iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 23.06.2015-ci il tarixli 301 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 22%-lə 24 ay müddətinə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh1 miilkiyyətində olan “Hyundai Sonata” markalı, qara rəngli, buraxılış ili 2008-ci il olan, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş 23.06.2015-ci il tarixli 301 saylı ipoteka müqaviləsi bağlanmışdır, Cavabdeh1 ilə "xxxx" ASC arasında 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 22%-lə 24 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir, borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 302 və 302/1 saylı zaminlik müqaviləsi bağlanmışdır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir, bu səbəbdən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə yönəldilməli, əmlak hərracda satılmalı borc satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi X.K.Əliyev deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC –nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, borcverən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borcalana 2800 ABŞ dolları məbləğində krediti illik 22 % dərəcəsi ilə 24 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 23.06.2015-ci il tarixli, 301 saylı ipoteka müqaviləsindən görünür ki, 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər “Hyundai Sonata” markalı Ban: KMHEU41FP9A516616 avtomabilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" ASC –nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 2-ci bəndinə əsasən, borcverən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borcalana 5350 ABŞ dolları məbləğində krediti illik 22 % dərəcəsi ilə 24 ay müddətinə verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 23.06.2015-ci il tarixli, 302 saylı zaminlik müqaviləsindən görünür ki, 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.06.2015-ci il tarixli, 302/1 saylı zaminlik müqaviləsindən görünür ki, 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 23.06.2015-ci il tarixli, UGR**********7970001 saylı kredit müqaviləsi üzrə 09.06.2020-ci il tarixinə əsas borc 2345,73 ABŞ dolları, faiz borcu 1240,60 ABŞ dolları, 1242,62 ABŞ dolları cərimə borcu, 357,06 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 5186,01 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 23.06.2015-ci il tarixli, UGR**********7970002 saylı kredit müqaviləsi üzrə 09.06.2020-ci il tarixinə əsas borc 3172,03 ABŞ dolları, faiz borcu 1700,18 ABŞ dolları, 1680,17 ABŞ dolları cərimə borcu, 476,08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 7028,46 ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanan 02.07.2020-ci il tarixli, **********390 saylı məktubdan görünür ki, bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1 ünvanlanan 30.06.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə 3 gün müddətində borcunu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı və tutmanın ipoteka predmetinə yönələcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli, 9/4718 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 23.06.2015-ci il tarixli 301 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 23.06.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 2745,35 ABŞ dolları, faiz borcu üzrə 914,35 ABŞ dolları, 09.06.2020-ci il tarixə olan borcu əsas borc üzrə 2745,35 ABŞ dolları, faiz borcu üzrə 914,35 ABŞ dolları, illik 5% hesablamaqla faiz borcu üzrə 406,46 ABŞ dolları təşkil edir ; hesabdan çıxarış məlumatları və 23.06.2015-ci il tarixli 302 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 23.06.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 3686,06 ABŞ dolları, faiz borcu üzrə 1227,66 ABŞ dolları, 09.06.2020-ci il tarixə banka olan borcu əsas borc üzrə 3686,06 ABŞ dolları, faiz borcu üzrə 903,04 ABŞ dolları, illik 5% hesablamaqla faiz borcu üzrə 545,74 ABŞ dolları təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə E.E. Güləliyev arasında 23.06.2015-ci il tarixdə 301 və 302 saylı kredit müqavilələri bağlanmışdır, 301 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 2800 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır, həmçinin kredit müqaviləsinin təminatı olaraq **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı minik avtomobili ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir, 302 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 5350 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh hər iki müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin 302 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır. Bununla belə, cavabdehlərin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsi üzrə ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə hesablanmış faiz borcunu həmin rəyin nəticə hissəsində hesablanmış 914,35 ABŞ dollar məbləği həddində müəyyən edir. Məhkəmə, 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsi üzrə əsas borc və illik 5 faiz olmaqla gecikdirilmə müddət üzrə faiz borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən qismən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı 2345,73 ABŞ dolları əsas borc və 357,06 ABŞ dolları həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği və illik 5 faiz olmaqla gecikdirilmə müddət üzrə faiz borc məbləği həmin həddə müəyyən edilməlidir. Məhkəmə, 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə hesablanmış faiz borcunu həmin rəyin nəticə hissəsində hesablanmış 903,04 ABŞ dollar məbləği həddində müəyyən edir. Məhkəmə, 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə əsas borc və illik 5 faiz olmaqla gecikdirilmə müddət üzrə faiz borc məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən qismən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı 3172,03 ABŞ dolları əsas borc və 476,08 ABŞ dolları həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği və illik 5 faiz olmaqla gecikdirilmə müddət üzrə faiz borc məbləği həmin həddə müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsi üzrə 200 ABŞ dolları və 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə 300 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsi üzrə borc məbləği Cavabdeh1, 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 23.06.2015ci il tarixli 301 saylı kredit müqaviləsi üzrə 2345,73 ABŞ dolları əsas, 914,35 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 357,06 ABŞ dolları məbləğində məbləğində faiz (5%) borcu, cəmi 3817,14 ABŞ dolları məbləğində kredit borcu tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan “Hyundai Sonata” markalı, qara rəngli, buraxılış ili 2008-ci il olan, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq satışdan əldə olunan vəsait ləğv prosesində olan "xxxx" ASC –nin hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehə qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, 23.06.2015-ci il tarixli 301 saylı kredit müqaviləsi üzrə isə 3172,03 ABŞ dolları əsas borc, 903,04 ABŞ dolları faiz borc, 300 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 476,08 ABŞ dolları, cəmi 4851.15 ABŞ dolları kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC –yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri müştərək qaydada cavabdehlərə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməli, ekspertizanın dəyərini təşkil edən 200 manat isə cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 23.06.2015-ci il tarixli, 301 saylı kredit müqaviləsi üzrə 2345,73 ABŞ dolları əsas, 914,35 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan illik 5% faiz kimi 357,06 ABŞ dolları, cəmi 3817 (üç min səkkiz yüz on yeddi) ABŞ dolları 14 (on dörd) sent məbləğində vəsait alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan “Hyundai Sonata” markalı, qara rəngli, buraxılış ili 2008-ci il olan, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. **-BP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı minik avtomobili hərracda satılaraq satışdan əldə olunan vəsaitdən Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-yə olan 3817 (üç min səkkiz yüz on yeddi) ABŞ dolları 14 (on dörd) sent məbləğində borcu silinsin, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi cavabdehə qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehdən tutularaq Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 23.06.2015-ci il tarixli, 302 saylı kredit müqaviləsi üzrə 3172,03 ABŞ dolları əsas borc, 903,04 ABŞ dolları faiz borc, 300 ABŞ dolları cərimə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan illik 5% faiz kimi 476,08 ABŞ dolları, cəmi 4851 (dörd min səkkiz yüz əlli bir) ABŞ dolları 15 (on beş) sent və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat pul alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-398/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-398/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver